Bütün xəbərlər
13 avqust, 17:42

Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Muzaffer Şeker Bakı Dövlət Universitetində (BDU) olub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, qonağı salamlayan BDU rektoru Elçin Babayev türkdilli dövlətlərin özünün intibah dövrünü yaşadığını qeyd edib. O bildirib ki, türk dövlətlərinin universitet və akademiyaları arasında əməkdaşlıq daha da genişləndirilməli, ənənəvi humanitar və sosial sahələrlə yanaşı, təbiət elmləri istiqamətində və fənlərarası sahələrdə də layihələr çoxaldılmalıdır. Bu baxımdan oktyabrın 28-31-də BDU, Beynəlxalq Türk Akademiyası və TÜBA ilə Bakıda birgə keçiriləcək süni intellekt etikası üzrə beynəlxalq tədbir xüsusi önəm daşıyır.

Türkiyə Elmlər Akademiyasının prezidenti professor Muzaffer Şeker TÜBA-nın Azərbaycanla akademik əməkdaşlığı daha da gücləndirməyi hədəflədiyini vurğulayıb. O qeyd edib ki, TÜBA Azərbaycanın əsas elm və təhsil məbədi olan BDU ilə hər sahədə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Görüşdə BDU və TÜBA arasında birgə elmi layihələrin və akademik təşəbbüslərin həyata keçirilməsi də müzakirə olunub.

Şərhlər

Xəbər lenti

14 avqust, 17:46

Alternativ enerji qurğu və avadanlıqları ilə işləyəcək 9 nəfərdən ibarət ilk qrup dövlət nümunəli sertifikat aldı 

14 avqust, 17:20

SABAH qruplarına müəllimlərin işə qəbulu davam edir

14 avqust, 17:14

MİQ müsabiqəsinin müsahibə mövzuları AÇIQLANIB

14 avqust, 17:13

Qısamüddətli peşə təlimi keçən müdavimlərlə görüş keçirilib

14 avqust, 17:07

“Google” Oklahomada təhsil sahəsinə 9 milyard dollar sərmayə qoyacaq

14 avqust, 16:58

347 gənc Böyük Britaniyada dövlət hesabına təhsil alacaq

14 avqust, 16:43

Tərbiyəçi-müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya komissiyası fəaliyyətə başlayacaq

14 avqust, 16:39

Xarici dil üzrə fəlsəfə doktoru imtahanından uğurla keçənlərə şəhadətnamələr verilir

14 avqust, 16:12

Azərbaycanlı tələbələr Latviyada təqaüdlə təhsil alacaqlar

14 avqust, 14:17

MÜTDA: “Rəqəmsal məktəb” platformasının nəticələri təhlil edilir

14 avqust, 13:51

Azərbaycanlı alimin rəhbərlik etdiyi komanda yarım milyon dollarlıq qrant aldı

14 avqust, 13:48

Dünyada və Azərbaycanda illik dərs günlərinin sayı nə qədərdir? – ARAŞDIRMA

14 avqust, 13:36

Yeniyetmə və gənclər yarışda: Robot sistemləri dizayn edirlər

14 avqust, 13:27

SABAH qruplarında oxumaq istəyənlər ixtisas seçimində bunu qeyd etməlidirlərmi?

14 avqust, 13:11

Azərbaycanla Özbəkistan arasında elm, peşə və ali təhsil sahələrində əməkdaşlığa dair saziş təsdiqləndi – FƏRMAN

14 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

14 avqust, 12:13

1 nömrəli Bakı Tibb Kollecində gözdən əlil abituriyentlər üçün 15 plan yeri ayrılıb

14 avqust, 12:05

“Harvard, Stanford, Oksford...” – Nüfuzlu universitetlərdə təhsil alacaq gənclərlə görüş 

14 avqust, 11:23

Musiqi təhsili savadlılığı necə inkişaf etdirə bilər?

14 avqust, 11:21

Ən çox elmi dərəcə filologiya sahəsində verilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.