Bütün xəbərlər
30 may, 15:07

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon Komitəsinin sədri Həzərxan Əbilov, Gənclər və İdman Nazirliyinin Xəzər Gənclər evinin direktoru Pərvin Şirvani, internat evinin müəllim və şagird kollektivi iştirak edib.

İştirakçılar əvvəlcə internat məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qonaqları salamlayan 2 nömrəli xüsusi internat məktəbinin direktoru Umnisə Nəcəfbəyova Uşaqların Beynəlxalq Müdafiəsi Günü barədə məlumat verib, ölkəmizdə uşaqlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb.

Çıxış edənlər Azərbaycanda uşaq hüquqlarının qorunması, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən dövlət proqramları, layihələrdən bəhs edib, uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün yaradılan şəraitdən söz açıblar.

Daha sonra internat evinin sakinləri vətənpərvərliyə, uşaqların müdafiəsinə həsr olunmuş şeirlər söyləyib, maraqlı kompozisiyalar, rəqs və mahnılar nümayiş etdiriblər.

1 /5

Şərhlər

Xəbər lenti

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

4 iyul, 18:07

“Rəqəmsal məktəb” platformasının ölkə üzrə tətbiqinə başlanılacaq

4 iyul, 18:04

5 il ərzində bütün imtahanlar elektronlaşdırılacaq – Məleykə Abbaszadə

4 iyul, 18:04

Növbəti tədris ilində yenilənmiş iki fənn kurikulumu tətbiq olunacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.