Bütün xəbərlər
14 dekabr, 09:00

Bu gün Azərbaycanın görkəmli elm xadimi, professor, AMEA-nın müxbir üzvü,  Böyük Britaniya Kral Akademiyasının fəxri üzvü, neçə-neçə gəncin elmi-tədqiqatçılıq yoluna işıq salmış, sağlığında ürəkləri fəth etmiş, sevgilər qazanmış Xudu Məmmədovun  doğum günüdür. Xudu Məmmədov ilk elmşünaslarımızdan biridir. O, “Naxışların yaddaşı”, “Qoşa qanad” kimi məşhur kitabların müəllifidir. Xudu müəllim bütün həyatını öz millətinin inkişafı, gələcəyi üçün sərf etmiş bir şəxsiyyətdir. Elmlə musiqinin, sənətin bağlılığı çox yeni bir istiqamət idi və bunu da ancaq Xudu müəllim yarada bilərdi.

Bu gün Xudu Məmmədov işığında Vətən elmini yüksəltməyin necə bir müqəddəs bir missiya olduğunu, elm yolunda təmənnasız xidmətin, fədakarlıqlar barədə düşünənlərin günüdür. Elmə qiymət verənlərin, təhsilin yaradıcı gücünə inananların, onun ölçüyəgəlməz, möcüzə yaradan qüdrət  və siqlətinə sığınanların günüdür.

Bu gün canlı və cansız təbiət arasında harmoniya yaradan, onu naxışlarla nəsillərə ötürən elm dahisinin xatırlandığı gündür.

Bu qala, bizim qala,

Həmişə bizim qala.

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

Xudu Məmmədovun qurduğu bu qala mənəvi dünyamızda, düşüncəmizdə dərin kök salmış hikmət nümunəsidir. Böyük alim, müəllim, vətən sevdalısı Xudu Məmmədovun hikmət dəryasından ilham alanlar, onun tükənməz mirasından bəhrələnənlər üçün də önəmli gündür.

 Xudu Məmmədovun hikmət dünyasından pay alaraq onun mənəvi xəzinəsini yaşadanlardan biri də Əbülfət Məmmədovdur. Xudu Məmmədov elmindən, bir qəvvas kimi həm də onun sirli-soraqlı intəhasız yaddaş dünyasının dərin qatlarına enərək  bu  mənəvi irsdən zövq alan, yaşadanlardan biri kimi Əbülfətin də Xudu irsini yaşadan bayatıları var.  Xudu Məmmədovun xatirəsinə həsr olunmuş bu misralar görkəmli alimin bizə qoyub getdiyi söz xəzinəsinə yeni naxışlardır.

Böyük alimin anın günündə bu bayatıları oxucularımızla bölüşmək istərdik.

Elə insan yoxuymuş,

Elə bil ki, yuxuymuş.

Elmin, elin meyarı

Özü elə, Xuduymuş.

             ***

Uzaq olsun, yaddaşa,

El köçə, yurd yaddaşa.

Xudu çəkən naxışlar,

Naxış vurub yaddaşa.

            ***

Elmin, ağlın başıydı,

Bir “fəlsəfə daşı”ydı.

Kimə toxunurdusa,

O da, “xudulaşırdı”.

            ***

İnci inciyə dönər,

Xoş söz inciyə dönər.

Xudu deyir, çəkəndə,

Dərd də inciyə dönər.

            ***

Bulaqlardan doymazdı,

Gəzərdi, yorulmazdı.

Çiçəkləri dağlarda,

Dərməyə də qoymazdı.

            ***

Yazılan, qalasıdı,

Deyilən qalasıdı.

Qalaya dönən Xudu,

Qala tək qalasıdı.

             ***

Çay axıb bənd olubdur,

El gəlib, bənd olubdur.

Xudu doğma ellərə,

El ona bənd olubdu.

Xudu  müəllimin elm dünyası naxışların möcüzəsidir. Möcüzə həm də odur ki, o bizi bu gün daha çox öyrədir.

Allah sənə rəhmət eləsin, MÜƏLLİM!

Şərhlər

Xəbər lenti

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

4 iyul, 18:07

“Rəqəmsal məktəb” platformasının ölkə üzrə tətbiqinə başlanılacaq

4 iyul, 18:04

5 il ərzində bütün imtahanlar elektronlaşdırılacaq – Məleykə Abbaszadə

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.