Aktauda baş verən qəzada həyatını itirən şəxslərin arasında "Hər şey yaxşı olacaq" deyən stüardessa - 1991-ci il təvəllüdlü Hökümə Əliyeva da var.
“Azərbaycan müəllimi” xəbər verir ki, modern.az Hökümə Əliyevanın atası Cəlil Alıyev ilə əlaqə saxlayıb.
Hökumə Əliyeva 1991-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub.
"1993-cü ildə kəndimizin işğalı səbəbi ilə məcburi köçkün kimi Bərdə rayonun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşmışdıq. 1996-cı ildə isə Rusiyaya köçdük, bir müddət Volqoqrad vilayətində yaşadıq. Hökümə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində oxudu, daha sonra Gəncə şəhərinə köçdük.
Hökümə təhsilini burada davam etdirdi, Gəncə şəhəri V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirəndən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
2016-cı ildən hava yollarında əvvəlcə tərcüməçi kimi işə başladı, daha sonra stüardessa kimi fəaliyyət göstərdi. Yaxın günlərdə isə AZAL-da hüquqşünas kimi fəaliyyət göstərəcəkdi, işə götürülmüşdü, bu, onun son uçuşları idi”.
Ailəyə rəsmi qurumlardan bildirilib ki, Hökümə Əliyevanın nəşi ən qısa zamanda Gəncə şəhərinə aparılacaq.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)