Bütün xəbərlər
25 dekabr, 17:28

"Sumqayıt şəhərində hər zaman təhsil ənənələri olub”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov “Təhsildə yeni çağırışlar” adlı regional konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Sumqayıt məktəblilərinin istər buraxılış, istər qəbul imtahanlarında, istər beynəlxalq qiymətləndirmələrdə göstərdiyi nəticələr yüksək olur: “Bu isə onu deməyə əsas verir ki, Sumqayıt şəhərində həmişə təhsil ənənələri olub. Bu da ondan irəli gəlir ki, şəhər özü formalaşanda buraya çoxlu sayda alimlər, mühəndislər gəlib və şəhərdə böyük intellektual potensial qurub. Növbəti nəsillər də təhsilə önəm vermiş, bununla da Sumqayıtda təhsil ənənələri olan məktəblər formalaşıb".

Qeyd edək ki, “Təhsildə yeni çağırışlar” adlı regional konfransı Abşeron – Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün keçirilib. 

Regional konfrans Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “T–Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Abşeron – Xızı Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə təşkil olunub.

Şərhlər

Xəbər lenti

1 may, 12:04

Lənkəranda “Peşə sərgisi” – Şagirdlər əl işlərini nümayiş etdirdilər

1 may, 12:01

Naxçıvanda yeni kadr təyinatları olub

1 may, 11:43

“Qazaxıstanın xaricdə təhsil proqramı öz hədəflərinə çatıb” – Adil Kusmanov

1 may, 11:33

“Azərbaycan üçün İngilis Dili Strategiyası” sənədinin təqdimatı keçirilib

1 may, 11:10

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ!

1 may, 11:07

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

1 may, 11:03

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək

1 may, 10:58

BDU Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinə üzv olub

1 may, 10:51

RFO-nun final turunun kimya fənni üzrə yoxlama prosesi yekunlaşıb

1 may, 10:51

Qazi Universiteti xəstəxanalarının həkimləri NDU-da tədqiqata cəlb edilə bilər

1 may, 10:50

Məktəblərdə “Yaşıl könüllük” proqramı icra olunur

1 may, 10:39

“DİVAN” – Milli Məhkəmə Simulyasiyasının mükafatlandırma mərasimi keçirilib

1 may, 10:23

Şahmat taxtasında yazılan hekayə – Gülşənin zəfər yolu

1 may, 10:10

Sumqayıtda “Erkən nikahın qarşısının alınması” mövzusunda görüş olub

1 may, 09:57

Radiasiya Problemləri İnstitutunun alimləri ilə görüş keçirilib

1 may, 09:51

Məktəblərdə yaz tətili başladı

1 may, 09:46

Nazir müavini Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edib

1 may, 09:42

Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

1 may, 09:40

Leyla Əliyeva və Arzu Əliyeva tələbələrin konsertində iştirak ediblər

1 may, 09:37

Abituriyentlərin nəzərinə: Qeydiyyat başa çatır!

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.