Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Noyabr 2010 - 46

 

Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim

Bookmark and Share

Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş QARAYEVİN  çıxışı

- Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti!

Hörmətli qonaqlar!

Əziz müəllimlər və tələbələr!

Xanımlar və cənablar!

İcazə verin, ilk növbədə, hamınızı Avropa və Asiyada neft-qaz təmayüllü ilk texniki ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Neft Akademiyasında salamlayım və qonaqlarımıza bu qocaman elm və təhsil ocağına "Xoş gəlmişsiniz!" deyim.

Bu gün ali məktəbimizin həyatında ən fərəhli, yaddaqalan günlərdən biridir. Bu gün Neft Akademiyasının 90 illik yubileyini bayram şənliyi kimi qeyd edirik və xoşbəxtik ki, belə bir gündə hamımızın dərin hörmət və məhəbbətini qazanmış, təhsilimiz və elmimizin inkişafı ilə bağlı daim qayğısını hiss etdiyimiz, zati-aliləri cənab Prezidentimiz iştirak edir.

Cənab Prezident, bizim bu mərasimə təşrif gətirməyinizə görə Sizə dərin minnətdarlıq və təşəkkürümüzü bildiririk.

Cənab Prezident, Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə sərəncamınız, 66 nəfər əməkdaşımızın Azərbaycanın ən yüksək mükafatları və fəxri adları ilə təltif olunması barədə imzaladığınız sərəncamlar, bilavasitə göstərişiniz əsasında təhsil ocağımızda müasir memarlıq səviyyəsində təmir işlərinin aparılması Neft Akademiyasına olan böyük diqqət və qayğının təzahürüdür. Ona görə də, cənab Prezident, icazə verin kollektivimizin adından Sizə dərin minnətdarlığımızı bildirək.

Hörmətli xanımlar və cənablar, elmi və texniki sahədə yüksəkixtisaslı mütəxəssis hazırlığında xüsusi xidməti olmuş Azərbaycan Dövlət Neft Akademiyasının 90 il ərzində keçdiyi tarixi inkişaf yolu çox zəngin və şərəflidir. 1920-ci ilin noyabr ayında imzalanmış dekretə əsasən yaradılmış və ölkəmizdə sənayenin tələblərinə müvafiq olaraq bir neçə adda fəaliyyət göstərmiş ali məktəbimiz 1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlandırılır. Təhsil ocağımız, ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək, respublikamızda hazırda fəaliyyət göstərən Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti və Mingəçevir Politexnik İnstitutunun yaranmasında baza rolu oynamışdır.

Yarandığı gündən Neft Akademiyası yanacaq-enerji və neft-kimya kompleksi sahələri üçün yüksəkixtisaslı mühəndis və elmi kadrların hazırlanması istiqamətində fəaliyyət göstərmiş, təhsil prosesinin, elmi-tədqiqat işlərinin təşkilində uğurlar qazanaraq SSRİ-nin qabaqcıl ali təhsil müəssisəsinə çevrilmişdir.

Neft Akademiyası keçmiş İttifaqda, respublikamızda, xarici ölkələrdə yüksək dövlət vəzifələrində, sənaye, elm və təhsil sahələrində aparıcı yer tutan, tədris ocağımızı dünyaya tanıtdıran məzunları ilə fəxr edir. Ümummilli liderimizin iki il burada təhsil alması Neft Akademiyasının tarixində şanlı və əbədi iz qoymuş, onu məbədgaha çevirmişdir. Ulu öndərin "Neft Akademiyasının Azərbaycanda sənayenin, iqtisadiyyatın, elmin, elmi-texniki tərəqqinin inkişafında xüsusi rolu olmuşdur" sözlərini yada salmaq yerinə düşər.

Neft Akademiyası dünyanın 70-ə yaxın ölkəsi üçün 4000-dən çox bakalavr, mühəndis, magistr, 300-dən artıq elmlər namizədi və elmlər doktoru hazırlamışdır. Ali məktəbimizin beynəlxalq əlaqələri "Əsrin müqaviləsi" ilə başlayan neft sazişləri imzalandıqdan sonra daha geniş vüsət almışdır. Təhsil ocağımızda beynəlxalq proqramlar üzrə ABŞ-ın Corciya Universiteti, Almaniyanın Ziqen Universiteti, Fransanın Nitsa Universiteti, Paris Neft və Mühərriklər İnstitutu, İtaliyanın Genuya Universiteti ilə mütəxəssislər hazırlanmasına başlanılmış və bu işlər davam edir. Hazırda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərlə tədris, elm sahələrində əməkdaşlıq edilir, tələbələrimizə təqaüd verilir, onlar bu təşkilatların aparıcı neft və qaz sənayesi obyektlərində təcrübə keçir və şirkətlər məzunları işlə təmin edirlər. Misir Ərəb Respublikasında Neft Akademiyasının filialının açılması ilə bağlı işlərin görülməsi kollektivimizə verilən qiymət və müasir dövrün tələblərinə cavab verən yanacaq-enerji və neft-kimya kompleksi sahələrində mütəxəssislərin hazırlığına inamın təzahürüdür.

Möhtərəm Prezidentimiz, Siz ümummilli liderimiz Heydər Əliyevin milli təhsil quruculuğu sahəsindəki siyasətini uğurla davam etdirirsiniz, təhsilimizin inkişafı üçün islahatların aparılması istiqamətində genişmiqyaslı işlər görürsünüz və onlar Sizin söylədiyiniz "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" fikrinizin reallaşacağını göstərir. Təhsilimizin inkişafı ilə bağlı sərəncamlarınız onun dövlət siyasətində ən mühüm prioritet olmasını bir daha sübut edir.

Təhsilimizin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rolunu xüsusi qeyd etmək istərdim. Mehriban xanımın təhsilimizə, mədəniyyətimizə, incəsənətimizə, idmanımıza hamiliyi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Hazırda Neft Akademiyasının qarşısında duran əsas məsələ təhsilimizin Avropa məkanına inteqrasiya prosesinin, Boloniya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işlərin həyata keçirilməsidir.

Möhtərəm cənab Prezident, Neft Akademiyasının əməkdaşları və tələbələri Sizin Azərbaycan elmi və təhsilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsində, ölkəmizin iqtisadiyyatının sürətli inkişafında, siyasi sabitliyin qorunub saxlanılmasındakı misilsiz xidmətlərinizi dərindən dərk edir və müdafiə edirlər.

Zati-aliləri, çıxışınızda təhsilimizin, elmimizin inkişafı, müasir dövrün tələblərinə uyğun mütəxəssis hazırlanması ilə bağlı qarşımıza qoyduğunuz vəzifələri kollektivimiz gələcək fəaliyyət proqramı kimi qəbul edir. Sizə söz veririk ki, bu proqramın həyata keçirilməsi istiqamətində var gücümüzü sərf edəcəyik.

***

Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru, professor Viktor MARTINOV Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyində iştirak etməkdən məmnun olduğunu dedi. Qeyd etdi ki, bu ali təhsil ocağı ilə onları çoxillik əlaqələr bağlayır. Bu yaxınlarda Moskvada Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin 80 illik yubileyinin qeyd edildiyini diqqətə çatdıran Viktor Martınov ADNA-nın yubileyinə böyük heyətlə gəldiklərini bildirərək dedi:

- Bütün bu illər ərzində təkcə ali məktəblərimizin deyil, neftçilərimizin də dostluğu davam edir. Çünki neftçilər elə insanlardır ki, onları çox çətin və məsuliyyətli iş birləşdirir. Axı ölkələrimizdə insanların firavanlığı çox cəhətdən neftçilərdən asılıdır. Biz həmişə deyirik ki, missiyamız insanlara hərarət, işıq, xeyirxahlıq bəxş edən kadrlar yetişdirməkdir. Ölkələrimizdə neft və qaz iqtisadiyyatın əsasıdır. Özü də təkcə bugünkü iqtisadiyyatın deyil, yəqin ki, ortamüddətli və ola bilsin ki, hətta uzunmüddətli iqtisadiyyatın əsasıdır. Ölkələrimizin neft və qaz sənayesi yeni texnologiyaların önündə gedir. Buna görə də biz çox işlər görməliyik, yeni texnologiyaları işləyib hazırlamaq və tətbiq etmək, yeni müştərək layihələri həyata keçirmək lazımdır. Biz bütün bunları birlikdə etməliyik.

Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində Azərbaycan Dövlət Neft Akademiyasının məzunlarının çalışdığını deyən Viktor Martınov bir daha təbriklərini çatdırdı, xalqımıza firavan həyat arzuladı.

***

Rumıniya Neft və Qaz Universitetinin rektoru, professor Vlad ULMANU bu tədbirdə iştirak etməkdən şərəf hissi duyduğunu söylədi. Qonaq hər iki təhsil ocağı arasında əməkdaşlıq əlaqələrindən danışaraq bildirdi:

- Fürsətdən istifadə edib Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri İlham Əliyevə təşəkkürümü bildirirəm ki, o, təhsilin inkişafı ilə bağlı böyük işlər görmüş Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Bu siyasət ölkədə təhsilin səviyyəsini yüksəltmək üçün mühüm rol oynayır.

İcazənizlə universitetimizin kollektivi adından hazırlanmış təbrik məktubunu təqdim edim. Mən bu məktubun son hissəsini oxuyacağam: Zəka və elmin inkişafı üçün innovativ yeniliklərin tətbiqi istiqamətində fəaliyyətinizdə sizə uğurlar arzulayırıq. Biz sizinlə beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdən şərəf duyuruq. Elmi əlaqələrimizin ali məktəblərimizin akademik səviyyəsinin inkişafına töhfələr verəcəyinə əminik. Yubileyinizi təbrik edir, sizə elmi və pedaqoji fəaliyyətdə yeni uğurlar arzulayırıq.

***

Yesenov adına Kaspi Dövlət Texnologiyaları və İnjinirinq Universitetinin rektoru, professor Abdumutalip ABJAPPAROV Qazaxıstanın nümayəndə heyəti adından təbriklərini çatdırdı, 90 il ərzində Azərbaycan Dövlət Neft Akademiyasında elmi-pedaqoji məktəbin formalaşdığını və bütün dünyada tanındığını söylədi. Bildirdi ki, bu gün akademiyanın məzunları 70-dən çox ölkədə çalışır. O, ölkələrimiz arasındakı dostluq münasibətlərindən də söhbət açdı. Qonaq Azərbaycanın sürətli inkişafından danışaraq dedi:

- Bu gözəl akademiyanı görəndə, onun inkişafına, indiki durumuna əsasən dövlətiniz barədə də mühakimə yürüdə bilərik. Biz Azərbaycanın, Bakı şəhərinin inkişafında da gözəl dəyişiklikləri görürük və sizin həqiqi dostlarınız kimi buna sevinirik. Mən fəxr edirəm ki, Heydər Əliyev adına Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin Rəyasət Heyətinin üzvüyəm və bu cür gözəl dəyişiklikləri hiss etmək mənə ikiqat xoşdur. Düşünürəm ki, ali məktəblərimiz arasında əlaqələr xalqlarımızın dostluq münasibətlərinin inkişafına daha böyük töhfələr verəcəkdir.

Azərbaycan Neft Akademiyasına, Azərbaycan xalqına daha firavan günlər arzulayıram! Bayramınız mübarək, dostlar!

***

Almetyevsk Dövlət Neft İnstitutunun rektoru, professor Aleksandr YEMEKEYEV də Azərbaycan Dövlət Neft Akademiyasının kollektivini təbrik etdi. O, Tatarıstanda neftin hasil edilməsində Azərbaycan neftçilərinin rolundan danışdı, hazırda Rusiyanın neft sənayesində çalışanların bir çoxunun bu akademiyanın məzunları olduğunu söyləyərək bildirdi:

- Sizin şanlı ali məktəblə bağlı çox insanın adını çəkmək olar. Bizim uğurlu əməkdaşlığımıza, Tatarıstan-Azərbaycan əlaqələrinin möhkəmliyinə dəlalət edən çox parlaq hadisələri göstərmək olar.

"Tatneft" Səhmdar Cəmiyyəti neftçilərin əfsanəvi taleyindən bəhs edən kitab buraxmışdır. Bu gün biz həmin kitabı sizə, sizin kollektivə təqdim etmək istəyirik. Sizin uğurlarınız, nüfuzunuz Azərbaycan Prezidentinin, ölkə rəhbərliyinin təhsilə diqqət və qayğısının nəticəsidir. Sizin hazırladığınız yüksəkixtisaslı mütəxəssislər bu qayğıya layiqli cavabdır. Hörmətli həmkarlar, sizi bir daha yubiley münasibətilə təbrik edirəm, şanlı kollektivinizə və Azərbaycan xalqına uğurlar arzulayıram!

***

Uxta Dövlət Texniki Universitetinin rektoru, professor Nikolay TSXADAYA Rusiyanın şimal bölgəsində yaşadığını və bu regionun inkişafında azərbaycanlıların böyük rol oynadığını xüsusi vurğuladı. Qonaq Azərbaycan neftinin inkişaf tarixinə də nəzər salaraq dedi:

- Tarixə nəzər salsaq, bizi - Şimal və Cənubu "ilk neft" anlayışı birləşdirir. İlk neft dedikdə, əlbəttə, Azərbaycan nəzərdə tutulur. İlk boru kəməri Azərbaycanda çəkilmiş, ilk tankerlər Azərbaycanda inşa edilmişdir. Mənim əzizlərim, bu bir danılmaz həqiqətdir ki, dostluğumuzun əsası Azərbaycan Neft Akademiyasıdır. Heç şübhəsiz, kadr hazırlığı ilə yanaşı, bütün elmi-texniki innovasiyalar əsasən burada, Neft Akademiyasında yaranmışdır.

Yaşasın böyük Azərbaycan, onun Neft Akademiyası!

***

Həştərxan Dövlət Texniki Universitetinin rektoru, professor Yuri PİMENOV akademiyanın məzunlarından danışdı, rəhbərlik etdiyi universitetin kollektivi adından təbriklərini çatdırdı. Həştərxan ilə Bakı arasındakı münasibətləri qeyd edən qonaq, sakini olduğu şəhərdə çoxlu azərbaycanlının yaşadığını bildirdi. Həştərxanda güclü Azərbaycan diasporunun fəaliyyət göstərdiyini qeyd edən rektor, soydaşlarımızın bu şəhərin inkişafında böyük rolu olduğunu vurğulayaraq dedi:

- Həştərxanda Nərimanov şəhəri, Həştərxan vilayətinin mərkəzində Nərimanov rayonu, habelə Bakı küçəsi vardır. Zənnimcə, ötən ay ümummilli lideriniz Heydər Əliyevin abidəsini açmağımız çox əlamətdar hadisə oldu. Bu, aramızdakı xüsusi münasibətlərin və qarşılıqlı fəaliyyətin nəticəsidir.

Biz 1996-cı ildən, Xəzəryanı Dövlətlərin Universitetləri Assosiasiyasını yaradandan bəri sıx əməkdaşlıq edirik. Hazırda Assosiasiyaya Xəzəryanı dövlətlərin 40-dan çox ali məktəbi və elmi tədqiqat institutu daxildir. Azərbaycanın altı ali məktəbi bu assosiasiyanın üzvüdür və biz bu əməkdaşlığı məmnuniyyətlə inkişaf etdiririk.

Son illər Həştərxan vilayətinin inkişafının strateji yolu karbohidrogen xammaldır. Lap bu yaxınlarda universitetimizdə Neft və Qaz İnstitutu açılmışdır. Biz bu istiqamətdə çox perspektiv əməkdaşlığa ümid bəsləyirik.

Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğını da xüsusi vurğulayaraq bildirdi:

- Ötən il mənə Bakı Dövlət Universitetinin 90 illik yubileyində, bu gün isə sizin yubileyinizdə iştirak etmək xoşbəxtliyi nəsib olmuşdur. Hər iki əlamətdar hadisə onunla fərqlənir ki, burada Prezident iştirak edir. Onun təhsilə göstərdiyi xüsusi diqqət, heç şübhəsiz, öz bəhrəsini verir. Biz ali məktəblərin abadlaşdırıldığını görürük. Eşitmişik ki, maddi-texniki bazaya xeyli vəsait yatırılır, büdcədə təhsil ikinci yerdədir. Bunun özü də böyük diqqətdən xəbər verir.

Sizi bu gözəl yubiley münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Azərbaycan Neft Akademiyasının kollektivinin hər bir üzvünə firavanlıq arzulayıram. Sizə uğurlar, inkişaf və birəsrlik yubileyə doğru müvəffəqiyyətlə və qətiyyətlə irəliləməyi arzulayıram. Salamat qalın. Bayramınız mübarək!  

AzərTAc

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Noyabr 2010 - 46
O.Q.Həsənlinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim Prezident İlham Əliyev mərasimdə iştirak edib
 
"Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans
 
ADNA-nın 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
 
Noyabrın 19-da təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və  Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşüb
 
Əlavə təhsillə bağlı müşavirə keçirildi
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
 
Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib
 
İKT sahəsində yüksək ixtisaslı kadrlar hazırlanır
 
BDU-da "Tədris elektron mərkəzi" açılıb
 
NDU-da dahi bəstəkarın yubileyi qeyd edilib
 
Bakı Dövlət Universiteti və Edinboro Universiteti arasında  memorandum imzalanıb
 
Avstriyanın səfiri Dövlət İdarəçilik Akademiyasının qonağı olub
 
"Milli İKT və Təhsil strategiyasının inkişafı"
 
Yeni məktəblərimiz
 
Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi böyük maraq doğurub
 
"Ali təhsildə elektron tədris" mövzusunda seminar
 
VI Uluslararası folklor konfransı
 
Tələbə Elmi Cəmiyyətinin 70-ci elmi konfransı
 
Böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsi
 
Milli qiymətləndirmə
 
Sorğu guşəsi
 
Paytaxt məktəblərində reydlər keçirildi
 
Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlu işlər aparılır
 
 Kürdəmirin Carlı kəndində yeni məktəb binası istifadəyə verilib
 
"Azərbaycan təhsili yeni inkişaf mərhələsində" respublika elmi-praktik konfransı
 
ADU-da TEMPUS proqramı üzrə "Koordinasiya  görüşü"
 
"Şimal-Şərqi Azərbaycanın maddi mədəniyyəti"
 
Şeir müsabiqəsinə yekun vurulub
 
Məktəbdə xeyriyyə tədbiri
 
180 yaşlı məktəbin salnaməsi
 

Məktəbdə yaradıcılıq gecəsi

 
Şagird dünyasını işıqlandıran müəllim ömrünün ziyası
 
Qədim Çin filosofu və pedaqoqu - Konfutsi
 
Naxçıvanlı müəlliflər "Gümüşkalem" dərgisində
 

Microsoft "BakuTel 2010" sərgisində geniş şəkildə təqdim olunur

 
Uşaqlara sevinc, təbəssüm bəxş edildi
 
Nobel mükafatı laureatlarının sayı üzrə ölkələrin siyahısı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təbiət uşaqların gözü ilə" mövzusunda sərgi keçirilib
 
İnformasiya texnologiyalarının tətbiqinə həsr olunmuş "dəyirmi masa"
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
Səmimi insan, səriştəli təhsil işçisi
 
Dərsdə əlaçı, idmanda birinci
 
Azərbaycanın futbol əfsanəsi - Banişevski
 
Məktəblilərin idman uğurları
 
Taekvando üzrə respublika birinciliyi
 
Dünyanın ən nüfuzlu ali məktəblərinin reytinqi
 
Dünya unversitetləri: Boston Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov