Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Noyabr 2010 - 46

 

ADNA-nın 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Bookmark and Share

Noyabrın 22-dən 25-dək Azərbaycan Dövlət Neft Akademiyasında bu ali təhsil ocağının 90 illik yubileyinə həsr olunmuş "Neft-qaz, neft emalı və neft-kimya" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda ölkəmizin müxtəlif təhsil və elm ocaqlarının nümayəndələri ilə yanaşı Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Rumıniya, Ekvador və Çin Xalq Respublikasından gəlmiş alim və mütəxəssislər iştirak edirdilər.

Elmi konfransın noyabrın 22-də keçirilən plenar iclasını təşkilat komitəsinin sədri, ADNA-nın rektoru, akademik Siyavuş Qarayev açaraq qonaqları və nümayəndələri salamladı, forumun işində onlara uğurlar arzuladı.

Rektor S.Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ADNA-nın 90 illik yubileyinin keçirilməsi, habelə yubiley münasibəti ilə akademiyanın 66 əməkdaşının dövlətimizin ən yüksək mükafatları və fəxri adları ilə təltif edilməsi barədə imzaladığı sərəncamları ölkə rəhbərliyinin bu ali məktəbə və ümumiyyətlə, təhsil sisteminə göstərdiyi diqqət və qayğı kimi qiymətləndirdiklərini söylədi. Hər bir konfransın müəyyən bir müddət ərzində görülmüş elmi işlərin nəticəsi haqqında hesabat olduğunu vurğulayan rektor yubiley konfransının da bu baxımdan əldə olunmuş elmi nailiyyətlərin nümayişinə həsr olunduğunu dedi və əmin olduğunu bildirdi ki, konfrans yeni əlaqələr qurmaq, informasiya mübadiləsi üçün imkan yaradacaq, dinamik inkişaf yolunda olan Azərbaycanın dünya iqtisadi sistemində rolu və yeri haqqında təəssüratlar formalaşdıracaqdır.

Sonra təbrik üçün söz Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova verildi. Təbrik çıxışına konfrans iştirakçılarını və qonaqları salamlamaqla başlayan təhsil naziri çox böyük bir bayrama toplaşdıqlarını qeyd edib ADNA-nın 90 illiyini Azərbaycan tarixinin ən böyük yubileylərinin biri kimi qiymətləndirdi. Yubiley ərəfəsində ADNA-nın bir qrup əməkdaşı tərəfindən bu ali təhsil ocağının zəngin tarixini özündə əks etdirən çox mükəmməl bir kitab hazırlandığını diqqətə çatdıran nazir həmin kitabın çap olunmasında əməyi olanlara minnətdarlığını bildirdi.

Təhsil naziri ölkə Prezidentinin ADNA-nın 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamına əsasən yubilyar təhsil ocağında ciddi quruculuq, abadlıq və təmir işləri aparıldığını qeyd edərək Prezidentin bir neçə gün öncə imzaladığı sərəncamlarla akademiyanın çoxsaylı professor və müəllimlərinə fəxri adların, mükafatların verilməsini ölkə başçısının bu mötəbər elm və təhsil müəssisəsinə qayğısının nəticəsi kimi dəyərləndirdi, öz adından və akademiyanın kollektivi adından Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirdi.

Nazir çıxışının sonunda yubiley münasibətilə akademiyanın kollektivini, təltif olunanları bir daha təbrik edib, onlara cansağlığı və fəaliyyətlərində  daha böyük uğurlar arzuladı.

Plenar iclasda ADNA-nın Geoloji kəşfiyyat fakültəsinin 1956-cı il məzunu, AMEA Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə, Kimya-texnologiya fakültəsinin 1980-ci il məzunu, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti David Məmmədov, Almaniyanın Köln Tətbiqi Elmlər Universitetinin professoru Reza Talebi-Daryani və başqaları çıxış edərək yubiley münasibəti ilə akademiyanın kollektivini təbrik etdilər, akademiyanın ölkəmizdə, habelə bir sıra xarici dövlətlərdə neft-kimya sənayesinin inkişafındakı rolundan, burada aparılan yüksək səviyyəli tədris-təlim işlərindən, elmi axtarışlardan, akademiyanın xarici ölkələrin ali məktəbləri ilə səmərəli əməkdaşlıq əlaqələrindən söz açdılar.

Plenar iclasdan sonra elmi konfrans öz işini bölmələrdə davam etdirdi. 4 gün ərzində 7 bölmə üzrə 250-dən çox məruzə dinlənilərək müzakirə olundu. Konfrans noyabrın 25-də öz işini başa çatdırdı.

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Noyabr 2010 - 46
O.Q.Həsənlinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim Prezident İlham Əliyev mərasimdə iştirak edib
 
"Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans
 
ADNA-nın 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
 
Noyabrın 19-da təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və  Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşüb
 
Əlavə təhsillə bağlı müşavirə keçirildi
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
 
Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib
 
İKT sahəsində yüksək ixtisaslı kadrlar hazırlanır
 
BDU-da "Tədris elektron mərkəzi" açılıb
 
NDU-da dahi bəstəkarın yubileyi qeyd edilib
 
Bakı Dövlət Universiteti və Edinboro Universiteti arasında  memorandum imzalanıb
 
Avstriyanın səfiri Dövlət İdarəçilik Akademiyasının qonağı olub
 
"Milli İKT və Təhsil strategiyasının inkişafı"
 
Yeni məktəblərimiz
 
Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi böyük maraq doğurub
 
"Ali təhsildə elektron tədris" mövzusunda seminar
 
VI Uluslararası folklor konfransı
 
Tələbə Elmi Cəmiyyətinin 70-ci elmi konfransı
 
Böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsi
 
Milli qiymətləndirmə
 
Sorğu guşəsi
 
Paytaxt məktəblərində reydlər keçirildi
 
Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlu işlər aparılır
 
 Kürdəmirin Carlı kəndində yeni məktəb binası istifadəyə verilib
 
"Azərbaycan təhsili yeni inkişaf mərhələsində" respublika elmi-praktik konfransı
 
ADU-da TEMPUS proqramı üzrə "Koordinasiya  görüşü"
 
"Şimal-Şərqi Azərbaycanın maddi mədəniyyəti"
 
Şeir müsabiqəsinə yekun vurulub
 
Məktəbdə xeyriyyə tədbiri
 
180 yaşlı məktəbin salnaməsi
 

Məktəbdə yaradıcılıq gecəsi

 
Şagird dünyasını işıqlandıran müəllim ömrünün ziyası
 
Qədim Çin filosofu və pedaqoqu - Konfutsi
 
Naxçıvanlı müəlliflər "Gümüşkalem" dərgisində
 

Microsoft "BakuTel 2010" sərgisində geniş şəkildə təqdim olunur

 
Uşaqlara sevinc, təbəssüm bəxş edildi
 
Nobel mükafatı laureatlarının sayı üzrə ölkələrin siyahısı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təbiət uşaqların gözü ilə" mövzusunda sərgi keçirilib
 
İnformasiya texnologiyalarının tətbiqinə həsr olunmuş "dəyirmi masa"
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
Səmimi insan, səriştəli təhsil işçisi
 
Dərsdə əlaçı, idmanda birinci
 
Azərbaycanın futbol əfsanəsi - Banişevski
 
Məktəblilərin idman uğurları
 
Taekvando üzrə respublika birinciliyi
 
Dünyanın ən nüfuzlu ali məktəblərinin reytinqi
 
Dünya unversitetləri: Boston Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov