Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Noyabr 2010 - 46

 

Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlu işlər aparılır

Bookmark and Share

Ölkəmizdə  təhsilin keyfiyyətinin yüksəldilməsi, inkişafının təmin olunması  istiqamətində bir sıra ciddi addımlar atılıb. Məktəbdə müasir tədris-təlim prosesinin qurulmasında həlledici faktorlardan biri olan keyfiyyətin idarə olunması məsələsinə xüsusi yer verilir. Təlim keyfiyyətinin yüksəldilməsi bilavasitə müəllimlərin fəaliyyəti  və tədris prosesini müasir tələblərə uyğun qurması ilə bağlıdır.

Rəhbərlik etdiyim  Qax şəhər 2 nömrəli  orta məktəb-liseydə  bu məsələ daim diqqətdə saxlanılır. Məktəbdə 2  kompüter  kabineti var, məktəb İnternet şəbəkəsinə qoşulub, 6 informatika müəllimindən 3-ü Rabitə  və İnformasiya  Texnologiyaları Nazirliyi tərəfindən keçirilən müsabiqədə I-III yerləri tutub. Təhsilin keyfiyyətinin  monitorinqi aparılır. Bircə faktı demək kifayətdir ki, martda keçirilmiş pedaqoji şura ərəfəsində  komissiyanın hazırladığı plana uyğun olaraq 38-45 saat dərs dinlənilmiş, fənn birləşmələri  xətti ilə  8 müəllimin nümunəvi dərsləri təşkil olunmuş, qarşılıqlı dərs dinləmələrinə geniş yer verilmişdir. IX-XI  siniflərdə sınaq imtahanları  keçirilmiş, digər siniflərdə isə  yazılı və şifahi yoxlamalar aparılmışdır. Hər il aprel-may  aylarında bütün siniflərdə  proqramın keyfiyyətlə yerinə yetirilməsi vəziyyəti öyrənilir. Bu məqsədlə siniflərdə  monitorinqlərin keçirilməsi təmin edilir. Müəllimlər apardıqları diaqnostik, formativ, summativ qiymətləndirmə üzrə  ümumi cədvəllər hazırlamaqla  nəticələr çıxarılır.  Bu isə növbəti ilin başlanğıcı üçün  fəaliyyətdə əsas rol oynayır.

Milli Kurikulumla işləyən I, II sinif şagirdləri arasında oxumağı,yazmağı, hesablamağı bacarmayan şagirdlər yoxdur. Tədris prosesinin müşahidələri göstərir ki, şagirdlər qısa zamanda xeyli biliklərə və vərdişlərə yiyələniblər. Onlar xüsusilə dərsin motivasiya  mərhələsində, tədqiqatın  aparılması və  nəticənin söylənilməsində fəallıq göstərirlər.

Tədris ocağında işinin ustası olan  müəllimlər çoxdur. Onlar dərslərdə  müasir təlim metodlarından  geniş istifadə edir, İKT-nin tədqiqat işinin aparılması, layihələrin hazırlanması və s. tətbiqinə  xüsusi  fikir verirlər. Dərslərdə tapşırıqların verilməsi şagirdlərin məntiqi təfəkkürünün inkişafına  kömək edir. Məktəbin  fizika, riyaziyyat, biologiya, kimya, tarix və ədəbiyyat fənləri üzrə tədqiqat işi ilə məşğul olan 6 nəfər şagirdi diplomlarla mükafatlandırılıb.

Məktəbimizdə "Qüvvət elmdədir, elmsiz heç kəs, heç kəsə üstünlük eyləyə bilməz" mövzusunda keçirilən yaradıcılıq gecəsi şeir yazmaq və mahnı bəstələmək sahəsində istedadların üzə çıxarılmasına imkan verib. 2010-cu ilin fevralında "Həyatın cövhəri yalnız əməkdir, zəhmətsiz bir insan nəyə gərəkdir?" mövzusunda keçirilən əmək gecəsində 5 nəfər, "Riyaziyyat - sirli bir aləmdir" gecəsində 4 nəfər, "Kimya - fantastik yaradıcılıq gücü" mövzusunda keçirilən gecədə isə 2 nəfər xüsusi qabiliyyəti olan şagird aşkar edilib və onların adları  "İstedad bankı"na daxil olunub.

Maraqlı tədbirlərimizdən biri də incəsənət məktəbinin müəllimlərinin də iştirakı ilə keçirilən "Muğamlarımız milli sərvətimizdir" mövzusunda festivalı  6 istedadlı muğam ifaçısının üzə çıxması ilə nəticələnib.

Şagirdlərin müstəqil fəaliyyətinin, idarəetmə qabiliyyətinin formalaşmasında hər il keçirilən "Şagird özünüidarə günü"nün xüsusi yeri vardır.

Məktəbdə keçirilən tədbirlərlə əlaqədar şagirdlərin hazırladıqları müxtəlif növ əyaniliklərdən 100-ə qədəri  "Odlar yurdu" klubuna hədiyyə verilmişdir.

Bu tədbirlərdə də 10-dan çox şagirdin xüsusi qabiliyyətə malik olması  üzə çıxdı. İnşa yazı müsabiqələrini bura əlavə etmək olar. Təkcə onu qeyd etmək kifayətdir ki, 8 şagirdin yazısı respublika üzrə  hazırlanmış  xüsusi  kitablara daxil olunmuşdur.

Məktəbdə həm təbiət və həm də humanitar fənn üzrə 2 dəfə intellekt yarışları təşkil olunmuşdur ki, bu yarışlarda 3  nəfər yeni liderin müəyyən olunmasına imkan yaranmışdır.

Şagirdlərimiz idman yarışlarında da fəal iştirak edirlər. Rayon üzrə keçirilən yarışda "Cəsurlar" komandası ötən dərs ilində II yerə, "Şahin" komandası isə I yerə çıxmışdır. "Şahin" komandası zona mərhələsində də uğurla iştirak etmiş və I yerə çıxaraq respublika mərhələsinə  vəsiqə almışdır.

Valideynlərlə əlaqəyə xüsusi fikir verilir. Oktyabr ayında keçirilən valideyn konfransında "Xüsusi istedada malik olan uşaqların formalaşmasında valideyn-məktəb əməkdaşlığı" mövzusunda məsələ müzakirə olunmuşdur.

Məzunlarımız  ali məktəblərə qəbulda da rayon üzrə  ən yüksək göstəricilərə malikdir. Son on  ildə  məktəbimiz hər dəfə TQDK-nın  tələbə qəbulunun nəticələrinə əsasən   seçilən 100 ən yaxşı ümumtəhsil məktəbi sırasına düşür. Məktəb üzrə keyfiyyət faizi 67%-dir. XI sinfi bitirən 118 nəfər şagirddən 55-60%-i universitetlərə daxil olub. Məhz bütün bu işlərin nəticəsidir ki,məktəbimiz ölkə Prezidentinin müvafiq sərəncamına əsasən 2008-2009-cu tədris ilində keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Biz əminik ki, bu ilin uğurları  daha çox olacaq. 

Şəkər ABDULLAYEVA,
Qax şəhər 2  nömrəli orta məktəb-liseyin direktoru,
əməkdar müəllim

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Noyabr 2010 - 46
O.Q.Həsənlinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim Prezident İlham Əliyev mərasimdə iştirak edib
 
"Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans
 
ADNA-nın 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
 
Noyabrın 19-da təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və  Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşüb
 
Əlavə təhsillə bağlı müşavirə keçirildi
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
 
Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib
 
İKT sahəsində yüksək ixtisaslı kadrlar hazırlanır
 
BDU-da "Tədris elektron mərkəzi" açılıb
 
NDU-da dahi bəstəkarın yubileyi qeyd edilib
 
Bakı Dövlət Universiteti və Edinboro Universiteti arasında  memorandum imzalanıb
 
Avstriyanın səfiri Dövlət İdarəçilik Akademiyasının qonağı olub
 
"Milli İKT və Təhsil strategiyasının inkişafı"
 
Yeni məktəblərimiz
 
Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi böyük maraq doğurub
 
"Ali təhsildə elektron tədris" mövzusunda seminar
 
VI Uluslararası folklor konfransı
 
Tələbə Elmi Cəmiyyətinin 70-ci elmi konfransı
 
Böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsi
 
Milli qiymətləndirmə
 
Sorğu guşəsi
 
Paytaxt məktəblərində reydlər keçirildi
 
Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlu işlər aparılır
 
 Kürdəmirin Carlı kəndində yeni məktəb binası istifadəyə verilib
 
"Azərbaycan təhsili yeni inkişaf mərhələsində" respublika elmi-praktik konfransı
 
ADU-da TEMPUS proqramı üzrə "Koordinasiya  görüşü"
 
"Şimal-Şərqi Azərbaycanın maddi mədəniyyəti"
 
Şeir müsabiqəsinə yekun vurulub
 
Məktəbdə xeyriyyə tədbiri
 
180 yaşlı məktəbin salnaməsi
 

Məktəbdə yaradıcılıq gecəsi

 
Şagird dünyasını işıqlandıran müəllim ömrünün ziyası
 
Qədim Çin filosofu və pedaqoqu - Konfutsi
 
Naxçıvanlı müəlliflər "Gümüşkalem" dərgisində
 

Microsoft "BakuTel 2010" sərgisində geniş şəkildə təqdim olunur

 
Uşaqlara sevinc, təbəssüm bəxş edildi
 
Nobel mükafatı laureatlarının sayı üzrə ölkələrin siyahısı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təbiət uşaqların gözü ilə" mövzusunda sərgi keçirilib
 
İnformasiya texnologiyalarının tətbiqinə həsr olunmuş "dəyirmi masa"
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
Səmimi insan, səriştəli təhsil işçisi
 
Dərsdə əlaçı, idmanda birinci
 
Azərbaycanın futbol əfsanəsi - Banişevski
 
Məktəblilərin idman uğurları
 
Taekvando üzrə respublika birinciliyi
 
Dünyanın ən nüfuzlu ali məktəblərinin reytinqi
 
Dünya unversitetləri: Boston Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov