Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

26 Noyabr 2010 - 46

 

Böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsi

Bookmark and Share

Bu günlərdə Bakıdakı 2 nömrəli fəxri və şəhidlər xiyabanındaydım. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və baş leytenant Fərid Əhmədovun məzarları önündə... Dağ boyda kədərin lal sükuta döndüyü yerdə. Elə bil həsrət çökmüşdü ürəyimin üstünə. Çiyinlərimə düşmüş kədərin ağırlığından, qəlbimdəki qəmin hönkürtüsündən sıxıldım, kiçildim bircə anın içində. Vətən yolunda şəhid olmağı işıqlı dünyada yaşamaqdan, taleyinə, qismətinə yazılan sevgidən, məhəbbətdən üstün tutmuş Mübarizin, Fəridin tər çiçəklər içində uyuyan məzarlarına yaxınlaşdım. Əlimdəki qərənfilləri onların qəbirləri üstünə qoyaraq, bura axın-axın ziyarətə gələn insanlar kimi mən də astadan pıçıldadım: Allah sizə rəhmət eləsin, şəhidlər!

"Hamımızın mənəvi borcu"

Əvvəlki günlər kimi, o gün də şəhid məzarlarını ziyarətə gələnlər çox idi. Gələnlər arasında müəllimlər də, məktəbli geyimində olan şagirdlər də vardı. Səbail rayonu, 236 nömrəli məktəbin yuxarı sinif şagirdləri və müəllimlərinə yaxınlaşaraq ürək sözlərini dinləyirəm.

Məktəbin direktoru Xanlar İmaməliyev:

- Öncə deyim ki, şəhid oğullarımız Mübarizlə, Fəridlə fəxr edirik, qürur hissi duyuruq. Prezidentimiz İlham Əliyevə minnətdarlığımızı bildiririk ki, şəhidlərimizin nəşini düşmən əlində qoymadı. Onların qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdi. Belə yüksək qiymət varsa, deməli, həmişə belə qəhrəmanlarımız da olacaq. Şəhidlərimizi ziyarət etmək isə bizim hamımızın mənəvi borcumuzdur.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İsmayılova:

- Şəhidlərimizi ziyarətə məktəbimizin X və XI sinif şagirdləri ilə gəlmişik. Onların Vətən uğrunda olan şəhidliyi hər birimizin, eləcə də şagirdlərimizin ürəyində dərin qəm, kədər hissləri ilə yanaşı, böyük vətənpərvərlik duyğuları da yaşadır.

Bu sözlərə qoşulan məktəbin tarix müəllimi Rövşanə İsmayılova isə bildirdi ki, şagirdlərimizə məktəbdə sözlə öyrətdiklərimizi belə oğullarımızın qəhrəmanlıq nümunələri ilə tamamlamaq istərdik. Onu da deyim ki, məktəbimizin hərbi otağında Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş guşə də düzəltmişik.

"Neçə gündür Mübariz yuxuma girir"

Xiyabanda bizə yaxınlaşan Azərbaycan Turan - do Hapkido Federasiyasının üzvləri Tural Məmmədov və Anar Əliyevlə tanış olduq. Tural bildirdi ki, mən bu yaxınlarda Gürcüstanın Batumi şəhərində keçirilən Taekvando yarışı üzrə Cənubi Qafqaz çempionu olmuşam. Mübariz İbrahimov da, Fərid Əhmədov da idmançı idi. İnanın ki, neçə gündür Mübariz yuxuma girir.

Onların şəklinə baxıb ağlayıram. Az qalırdı ki, ürəyim partlasın. Onları  ziyarətə gəldim ki, uyuduqları torpağı doyunca öpüm. Bəlkə ürəyim bir qədər təskinlik tapar... deyən Tural göz yaşlarını silə-silə bizdən uzaqlaşdı...

"Onların heç biri ölməyib"

Yenicə ziyarətə gəlmiş Laçın rayonunun Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində fəaliyyət göstərən "Laçın" futbol komandasının üzvləri ilə görüşdük. Komandanın rəhbəri, məşqçi-müəllim Abuzər Nadirov dedi: - Mən həm də Qarabağ müharibəsi veteranıyam. Şəhidlərimiz Mübarizlə Fəridin məzarlarını ziyarətə komandamızın 17 üzvü ilə gəlmişik. Onların əksəriyyəti doğma Vətənləri olan Laçını itirən valideynlərin övladlarıdır. Məqsədimiz doğma yurd həsrəti ilə yaşayan bu uşaqlarda vətənpərvərlik hissləri aşılamaqdır.

Onu da deyim ki, bu günlər Laçın Rayon Gənclər İdman İdarəsi "Laçın" futbol komandası ilə birlikdə Azərbaycanda ilk dəfə olaraq Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş futbol turniri keçirib. Bu turniri keçirməzdən əvvəl komanda üzvlərimizlə birlikdə Mübarizin Biləsuvar rayonunun Əliabad kəndində yaşamış olduğu evdə olduq. Atası Ağakərim kişi, anası Şamama xala ilə görüşdük. Onlara başsağlığı verərək belə oğul tərbiyə etdiklərinə görə minnətdarlıq etdik. Eyni zamanda atasına Milli Qəhrəman Mübarizin xatirəsinə həsr olunan futbol turniri keçirəcəyimizi bildirdik. O, bizə oğlunun adını yaşatdığımız üçün təşəkkür etdi.

Onu da qeyd edim ki, bütün bu tədbirlərin keçirilməsində bizə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı xüsusi qayğı göstərir.

Sonda komandamızın bütün üzvləri adından Mübarizin və Fəridin də ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək deyirik: onların heç biri ölməyib. Xalqının, Vətəninin yolunda şəhid olanlar ölmür. Onlar hamımızın qəlbində yaşayır.

"Mübariz və Fərid kimi oğullar hər bir evdə böyüyürlər"

Əllərində qərənfil olan 12 oğlan şəhid məzarlarına yaxınlaşır. Öyrənirik ki, Bakı UŞU idman klubunun idmançılarıdır. Onların baş məşqçiləri Zahid Vəliyev deyir: - Bu qəhrəmanları ziyarət etmək hər birimizin borcudur. Elə bizi də bura gətirən şəhidlərimizin xatirəsinə olan böyük ehtiramdır. Mübariz kimi, Fərid kimi oğullarla fəxr edirik. Belə oğulların qəhrəmanlığını görən gənclərimiz Vətəni daha çox sevir, ona daha çox bağlanırlar. Düşmən yaxşı bilsin və yaxşı eşitsin: İndi hər bir azərbaycanlının evində Mübariz və Fərid kimi oğullar böyüyürlər. Gün gələcək, onlar yağı düşməndən öz intiqamlarını alaraq, Vətən torpağını azad edəcəklər. O gün çox da uzaqda deyil.

"Vətənini sevəni xalqı da sevir"

Şəhidlərimiz Mübariz və Fəridin məzarlarını ziyarətə qızı, Atatürk liseyinin 3-cü sinif şagirdi Mədinə və qohumları - həmin liseyin 5-ci sinif şagirdi Yusif Avçı və Bakıdakı 133 nömrəli məktəbin 1-ci sinif şagirdi İlahə Avçı ilə birlikdə gəlmiş Müdafiə Nazirliyinin Mərkəzi aparatının əməkdaşı, mayor Ruslan Azayev ürək sözlərini belə söylədi:

- Mən bütün övladlarımızın vətənpərvər böyüməsini istəyirəm. Elə buna görə də bu gün öz övladım və qohumlarımın uşaqları ilə birlikdə şəhidlərimizi ziyarətə gəlmişəm. İstəyirəm onlar görsünlər ki, Mübariz kimi, Fərid kimi Vətənini sevən oğulları xalq necə sevir. Qoy görsünlər ki, bura axın-axın gələn insanlar Vətən uğrunda canından keçən oğullarını necə əziz tutur...

"Onların qəhrəmanlığı biz gənclərə örnəkdir"

C.Naxçıvanski adına Hərbi liseyin 2-ci kursunda təhsil alan Gülbala Zahidov bizə yaxınlaşaraq bildirdi ki, mən şəhidlərimizi ziyarətə Salyan rayonundakı Ziyad Həmidov adına orta məktəbin 6-cı sinfində oxuyan qardaşım Səfaillə birlikdə gəlmişəm. Biz qəzetdən oxuyub öyrənmişik ki, Mübariz İbrahimovla Fərid Əhmədov dost imiş. İkisi də idmançı imiş. Budur, indi onların məzarları yan-yanadır. Onların bu qəhrəmanlığı biz gənclərə bir nümunə, bir örnəkdir.

Bəli, xiyabana, Mübarizi, Fəridi yad etməyə gələnlərin sayı hər gün artır. Elə hər gün də belə pıçıldayır ürəklər burda: Allah sizə rəhmət eləsin, şəhidlər! Qəbriniz nurla dolsun! Amin! 

Ədalət DAŞDƏMİRLİ

 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə getNömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
26 Noyabr 2010 - 46
O.Q.Həsənlinin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim Prezident İlham Əliyev mərasimdə iştirak edib
 
"Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf" mövzusunda beynəlxalq konfrans
 
ADNA-nın 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
 
Noyabrın 19-da təhsil naziri Misir Mərdanov Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah və  Azərbaycanın Livandakı fəxri konsulu Nazih Gassub ilə görüşüb
 
Əlavə təhsillə bağlı müşavirə keçirildi
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
 
Dövlət İdarəçilik Akademiyasında Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş "dəyirmi masa" keçirilib
 
İKT sahəsində yüksək ixtisaslı kadrlar hazırlanır
 
BDU-da "Tədris elektron mərkəzi" açılıb
 
NDU-da dahi bəstəkarın yubileyi qeyd edilib
 
Bakı Dövlət Universiteti və Edinboro Universiteti arasında  memorandum imzalanıb
 
Avstriyanın səfiri Dövlət İdarəçilik Akademiyasının qonağı olub
 
"Milli İKT və Təhsil strategiyasının inkişafı"
 
Yeni məktəblərimiz
 
Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi böyük maraq doğurub
 
"Ali təhsildə elektron tədris" mövzusunda seminar
 
VI Uluslararası folklor konfransı
 
Tələbə Elmi Cəmiyyətinin 70-ci elmi konfransı
 
Böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsi
 
Milli qiymətləndirmə
 
Sorğu guşəsi
 
Paytaxt məktəblərində reydlər keçirildi
 
Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində uğurlu işlər aparılır
 
 Kürdəmirin Carlı kəndində yeni məktəb binası istifadəyə verilib
 
"Azərbaycan təhsili yeni inkişaf mərhələsində" respublika elmi-praktik konfransı
 
ADU-da TEMPUS proqramı üzrə "Koordinasiya  görüşü"
 
"Şimal-Şərqi Azərbaycanın maddi mədəniyyəti"
 
Şeir müsabiqəsinə yekun vurulub
 
Məktəbdə xeyriyyə tədbiri
 
180 yaşlı məktəbin salnaməsi
 

Məktəbdə yaradıcılıq gecəsi

 
Şagird dünyasını işıqlandıran müəllim ömrünün ziyası
 
Qədim Çin filosofu və pedaqoqu - Konfutsi
 
Naxçıvanlı müəlliflər "Gümüşkalem" dərgisində
 

Microsoft "BakuTel 2010" sərgisində geniş şəkildə təqdim olunur

 
Uşaqlara sevinc, təbəssüm bəxş edildi
 
Nobel mükafatı laureatlarının sayı üzrə ölkələrin siyahısı
 
Azərbaycanın Milli Qəhrəmanları
 
"Təbiət uşaqların gözü ilə" mövzusunda sərgi keçirilib
 
İnformasiya texnologiyalarının tətbiqinə həsr olunmuş "dəyirmi masa"
 
Şagirdlər kompüter biliklərinə həvəslə yiyələnirlər
 
Səmimi insan, səriştəli təhsil işçisi
 
Dərsdə əlaçı, idmanda birinci
 
Azərbaycanın futbol əfsanəsi - Banişevski
 
Məktəblilərin idman uğurları
 
Taekvando üzrə respublika birinciliyi
 
Dünyanın ən nüfuzlu ali məktəblərinin reytinqi
 
Dünya unversitetləri: Boston Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010   All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov