Noyabrın
23-də Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasında
Avstriya mədəniyyət günlərinin keçirilməsi ilə
əlaqədar Avstriya Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri xanım Silvia
Mayer-Kaybiç və sabiq səfir Alfred Missonqla
görüş keçirildi.
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının tədris işləri
üzrə I prorektoru, professor Əlikram Abdullayev
tədbiri giriş sözü ilə açaraq qonaqları ali
təhsil ocağında görməsindən məmnunluq hissi
keçirdiyini bildirdi. Ölkələrimiz arasında
siyasi, iqtisadi, mədəni, elm sahələrində
əməkdaşlığın uğurla inkişaf etməsində ölkə
başçısı cənab İlham Əliyevin xidmətlərini xüsusi
qeyd edən prorektor daha sonra xalqlarımızın
dostluq əlaqələrindən ətraflı danışdı.
Avstriyanın dövlət qulluğu və kadrların
idarəolunması sahəsində böyük təcrübəyə malik
olduğunu bildirən professor Ə.Abdullayev bu
sahədə iki ölkə arasında əlaqələrin
genişləndirilməsinin zəruriliyini vurğuladı.
Prorektor səfir xanım Silvia Mayer - Kaybiçə
ölkəmizdə həyata keçirdiyi bu yüksək missiyada
uğurlar arzuladı.
Avstriya
Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri xanım Silvia Mayer- Kaybiç
çıxışında keçirilən tədbiri yüksək
qiymətləndirdi, bunun ölkələrimiz arasında elm
sahəsində əməkdaşlığın gələcək inkişafına öz
gərəkli töhfəsini verəcəyinə ümidvar olduğunu
söylədi. O, eyni zamanda ölkələrimizin daha da
yaxınlaşması, mövcud olan əməkdaşlığın gələcəkdə
də inkişaf etməsi üçün səfir kimi əlindən
gələni edəcəyini dedi.
Sonda səfir Silvia Mayer- Kaybiç və Alfred
Missonq səmimi dostluq şəraitində keçən görüşə
görə ali təhsil ocağının rəhbərliyinə və
kollektivinə minnətdarlıqlarını bildirdilər.
Samirə KƏRİMOVA |