Bütün xəbərlər
10 mart, 16:47

Bakı şəhəri 301 nömrəli tam orta məktəbin normal fəaliyyətinin təşkili Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə BŞTİ-nin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, məktəbdə idarəetmənin və tədrisin keyfiyyətli təşkili məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin əməkdaşı Jalə Məhərrəmovaya həvalə edilib:

"Xeyli müddətdir ki, səhhəti ilə əlaqədar işə çıxmayan məktəbin direktoru Sevda Sarıyeva işə qayıtdıqdan sonra onun barəsində tədbirlərin görülməsi nəzərdə tutulur. 

Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Məktəblərdə sağlam işgüzar mühitin təmin olunması, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır".

Xatırladaq ki, Bakı şəhəri 301 nömrəli tam orta məktəbin direktorunun müəllimlərə qarşı uyğunsuz davranışı ilə bağlı iddialar səsləndirilib. Məktəbin müəllimləri Sevda Sarıyevanın dərs saatlarını rüşvətlə bölüşdürdüyünü və onun tərəfindən təhqir edildiyini iddia edirlər.

Şərhlər

Xəbər lenti

5 may, 11:12

“Yüksəliş” müsabiqəsinin kadr bankının təqdimatı keçirilib

5 may, 11:01

Müəllimlər üçün vakansiya seçiminin müddəti uzadıldı

5 may, 10:58

“Yüksəliş” müsabiqəsinin kadr bankı yaradılıb

5 may, 10:55

Nazir müavini Suriyada səfərdə olub

5 may, 10:48

İki şagirdi olan Dico məktəbi ilə bağlı AÇIQLAMA

5 may, 10:43

Ötən il Bakının 1000-ə yaxın məzunu ali məktəbə 600-dən çox balla daxil olub

5 may, 10:31

Alimlərimizin tədqiqatı beynəlxalq elmi jurnalda dərc olunub

5 may, 10:28

Bakının ən yaxşı məktəblərinin siyahısı açıqlanıb 

5 may, 10:25

Azərbaycan dili üzrə doğru cavab etalonları açıqlanıb

5 may, 10:25

Bərdə məktəblisi olan qardaşlar: Biri qızıl, digəri bürünc medalçı oldu

5 may, 10:15

11 mayda keçiriləcək imtahanlarda iştirak edənlərin NƏZƏRİNƏ

5 may, 10:05

I siniflərə qəbul üzrə məktəb və müəllim seçiminin vaxtı dəyişdirilib

5 may, 09:51

Ümumi təhsilin milli ideyası - tələbyönlü və ləyaqətli vətəndaş tərbiyəsi…

4 may, 17:33

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib

4 may, 17:30

BANM-də Beynəlxalq Elmi Konfransların qalibləri mükafatlandırılıb

4 may, 16:28

Azərbaycan dili fənni üzrə imtahan keçirilib

3 may, 21:42

Azərbaycan komandası TEKNOFEST-də birinci yeri tutub

3 may, 21:32

"Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib

3 may, 12:40

ADPU-da süni intellekt mövzusunda beynəlxalq görüş keçirilib

3 may, 10:00

NDU-da “Tibb ixtisası” üzrə açılan SABAH qrupları gələcəyə nə vəd edir?

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.