Bütün xəbərlər
5 may, 10:25

Qalibiyyət, medal sevinci, həyəcan - bunları evlərinə, şagirdi olduqları təhsil ocağına ikiqat yaşadan qardaşlar Murad və Hidayət Quliyevlərdir.

Respublika Fənn Olimpiadasının qalibi olan hər iki qardaş Bərdə şəhəri akademik Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü liseydə təhsil alır. 

Murad 10-cu, Hidayət isə 9-cu sinif şagirdidir. 

İlk olaraq Muradla söhbətə başlayırıq. 

O, Respublika Fənn Olimpiadasında (RFO) fizika fənni üzrə 3-cü yerin qalibi olub. Bundan əvvəlki ildə də RFO-da final mərhələsinə yüksələrək uğurlu nəticə göstərib. 

Murad deyir ki, ötən il qələbə qazanmasa da, bu il öz üzərində daha çox çalışıb. Final mərhələsində topladığı bala əsasən bürünc medala layiq görülüb. 

"Olimpiada başlayanda çox həyəcanlı idim. Amma məndən gözləntisi olan insanlar var. Bu gözləntiləri doğrultmaq üçün əlimdən gələn qədər çalışdım. Nəticəmə görə çox sevinirəm".

Qeyd edək ki, Murad 2024-cü ildə 9-cu siniflər üçün təşkil olunan buraxılış imtahanında ən yüksək nəticə göstərərək 300 bal toplayıb.

Qızıl medal sahibi olan Hidayət ötən tədris ilində Respublika Fənn Olimpiadasında fizika fənnindən 3-cü yeri tutub. Bu il isə 1-ci yerin sahibi olaraq  qızıl medala layiq görülüb. 

Hidayət çox danışmağa meyilli deyil,  utancaqlığı hiss olunur. Sadəcə bir cümlə ilə kifayətlənir: "Mən sözümü imtahanda deyəcəm!" 

Bu məlumatları alarkən hər iki qardaş növbəti bilik yarışından çıxmışdı. Nəticələrinin bu dəfə də yüksək olacağına inanırdılar. Necə deyərlər, qazandıqları yüksək nəticələr onları arzuları olan həkimliyə daha da yaxınlaşdırır.

Şərhlər

Xəbər lenti

26 avqust, 17:13

“Repetitorluq bazarını genişləndirən amilləri sıfırlamaq lazımdır" – Baş redaktor

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

26 avqust, 11:49

Peşə məktəblərində müəllimlərin sayı artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.