
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, Əməkdar müəllim Zahid Fərrux oğlu Məmmədov elm və təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə, beynəlxalq elmi əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələrə görə Elmi və Texniki Məlumat üzrə Beynəlxalq Mərkəzin (ETMBM) 55 illik yubiley medalı ilə təltif edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, 1969-cu ildə yaradılmış və hazırda 19 üzv dövləti birləşdirən ETMBM ixtisaslaşdırılmış hökumətlərarası təşkilat kimi elm və texnologiyalar sahəsində informasiya mübadiləsi, innovativ biliklərin yayılması və beynəlxalq tərəfdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Təşkilatın ali idarəetmə orqanı olan Səlahiyyətli Nümayəndələr Komitəsi elm sahəsində xüsusi xidmətləri olan şəxsləri yubiley medalı ilə təltif edir.
Professor Zahid Məmmədov elmi-pedaqoji fəaliyyətində yalnız Azərbaycanda deyil, beynəlxalq müstəvidə də tanınmış alim kimi çıxış etmiş, universitetlərarası əməkdaşlığın genişlənməsi, elmi menecmentin inkişafı və elm siyasətində innovativ yanaşmaların tətbiqi istiqamətində mühüm təşəbbüslərlə çıxış etmişdir. Onun əsərləri və məruzələri bir çox nüfuzlu beynəlxalq elmi toplantılarda təqdim olunmuş, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
Bu təltif yalnız professor Zahid Məmmədovun şəxsi nailiyyətlərinin deyil, həm də Azərbaycan elminin beynəlxalq aləmdə nüfuzunun artmasının göstəricisidir.
Professor Zahid Məmmədov qəzetimizə açıqlamasında elmi fəaliyyətinə göstərdiyi dəstəyə görə Elm və Təhsil Nazirliyinə minnətdarlığını bildirib.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər