Bütün xəbərlər
26 avqust, 14:25

“Azərbaycan müəllimi”nin budəfəki qəhrəmanları bacarıqları, zəhmətləri və elmə sevgiləri ilə seçilən Bağırzadə qardaşlarıdır. Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyindəki Gədəbəy şəhər İ. Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin yetirmələri olan Ramil və Şamil eyni sinifdə təhsil alıblar.  Bu il isə hər ikisi yüksək balla Azərbaycanın ən nüfuzlu ali məktəblərindən biri olan Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” ixtisasına qəbul olub.

RFO qalibi və xüsusi nümunəli attestat sahibi 

Şamil Bağırzadə uşaq yaşlarından kimyaya maraq göstərib. O, dəfələrlə respublika fənn olimpiadalarının qalibi olub, məktəbi isə xüsusi nümunəli attestatla bitirib. DİM imtahanında 643 bal toplasa da, RFO qalibi olduğu üçün müsabiqədənkənar qaydada BANM-in tələbəsi adını qazanıb.

“Hazırlıqsız yüksək nəticə göstərmək mümkün deyil. Mən, demək olar ki, bütün gün dərslərdə, hazırlıqlarda olurdum. Boş vaxtım olanda həyət-baca işlərində ailəmə kömək edirdim. Bəzən gecə saat 3-ə qədər hazırlaşırdım. Heç kimlə rəqabət aparmadım, sadəcə özümü inkişaf etdirməyə çalışdım. Kimya mənim üçün ən maraqlı fəndir, ona görə də gələcəkdə kimya sənayesində faydalı yeniliklər etməyi düşünürəm. Öözümü bu sahədə görürəm”, – deyə Şamil fikirlərini bölüşür.

“Ən çətinlik çəkdiyim fənn ingilis dili olub”

Qardaşı Ramil isə buraxılış imtahanında riyaziyyat fənnindən maksimum – 100 bal toplayıb, RFO  finalçısı olub. Məktəbi fərqlənmə attestatı ilə bitirib, qəbul imtahanında isə 680 bal toplayaraq qardaşı ilə eyni universitet, eyni ixtisasa daxil olub: “Çox çalışdım, tez-tez sınaq imtahanlarına getdim. Riyaziyyata xüsusi marağım var idi, müəllimim bu fənnə olan sevgimi daha da artırdı. Ən çətinlik çəkdiyim fənn ingilis dili olub, çünki aşağı siniflərdən bilik səviyyəm zəif idi. Amma müəllimimin dəstəyi və öz çalışqanlığımla bu çətinliyi də aradan qaldırdım. Gələcəyimi elm, mühəndislik sahəsində görürəm”, – Ramil bildirir. O, ev işlərində də ailəsinə kömək göstərir: “Həm bağ işləri ilə məşğul olmuşam, həm də dərslərimi yaxşı oxumuşam. Fikrimcə, yaxşı oxumaq istəyən üçün “şəhər” və ya “rayon”, “kənd” anlayışı yoxdur”.

Bir-birinə dayaq olan qardaşlar

Bağırzadə qardaşları məktəb illərində həm dərslərdə, həm də müxtəlif bilik yarışlarında fəallıqları ilə seçiliblər. Onların fikrincə, eyni ixtisası seçmələri gələcəkdə bir-birlərinə dəstək olmaq üçün əlavə imkan yaradacaq.

“Eyni universitetə, eyni ixtisasa qəbul olmağımız gələcəkdə bilmədiklərimizi bir-birimizdən soruşmaq üçün faydalı ola bilər”, – deyə hər iki qardaş eyni fikri bölüşür.

Qardaşların hədəfi təkcə yaxşı təhsil almaq deyil, həm də gələcəkdə ölkənin kimya sənayesinin inkişafına töhfə verməkdir.

 

Şərhlər

Xəbər lenti

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

17 sentyabr, 14:57

Yeni Zelandiyada yeni kurikulum təsdiqlənib: AI və STEM fənləri tədris olunacaq

17 sentyabr, 13:56

BDU "QS Biznes magistr proqramları reytinqi"nə daxil olub

17 sentyabr, 13:56

Quba məktəbinin müəllimləri vahid geyimdə dərsə başladılar

17 sentyabr, 13:48

“Müəllimim bunker, müəllimim markerdir…” – Miflər nəticələrə təsir edirmi?

17 sentyabr, 13:15

İsveç məktəblərində mobil telefondan istifadə qadağan edilir

17 sentyabr, 13:09

Azərbaycanda institutun adı dəyişdi – QƏRAR

17 sentyabr, 13:01

Uşaq bağçada xəsarət aldı, vəziyyəti qənaətbəxşdir – AÇIQLAMA

17 sentyabr, 12:53

Bu tələbələrə 2000 manat pul mükafatı veriləcək

17 sentyabr, 12:20

Bakının 353 məktəbində kağız jurnaldan istifadə edilməyəcək – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.