Bütün xəbərlər
26 avqust, 17:13

“Təhsil elə bir sahədir ki, burada planlar kompleks və uzunmüddətli qurulmalı, dövlətin və cəmiyyətin ümumi inkişaf istiqamətləri ilə üst-üstə düşməlidir”.

Bu fikirləri AzNews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib. O qeyd edib ki, təhsil sistemində problemləri etiraf etmədən düzgün məqsədlər müəyyən etmək mümkün deyil: 

"Müstəqilliyin ilk illərində torpaqlarımızın işğalı həyatın bütün sahələrinə, o cümlədən elm və təhsilə də mənfi təsir göstərib. Bir çox məktəb və tələbə yataqxanalarında məcburi köçkünlərin məskunlaşması bunun bariz nümunəsidir. İndi isə tarixi zəfərin nəticələrini elm və təhsil müstəvisinə daşımalıyıq".

Baş redaktor hesab edir ki, ADA, UNEC, BANM, ADNSU, BDU və digər ali məktəblər artıq həm postsovet məkanında, həm də Şərqi Avropada bir çox universitetlərdən daha yüksək səviyyəli təhsil verir: "Bu brendlərin dünyaya təqdim olunması ilə ölkəyə çoxlu sayda əcnəbi tələbə cəlb etmək mümkündür. Necə ki, bir vaxtlar indiki ADNSU minlərlə xarici tələbəyə ev sahibliyi edirdi. Məqsədimiz o olmalıdır ki, gənclərimiz xaricdə oxumaq üçün ölkəni tərk etməsinlər, əksinə, biz xaricdən Azərbaycana "beyin" gətirək”, – deyə o bildirib.

T.Şahsuvarlı qeyd edir ki, universitetlərin mahiyyəti dəyişməli, onlar tələbəyə hər şeydən öncə öyrənməyi öyrətməli və tədqiqatları stimullaşdırmalıdır: "Süni intellekt və informasiya texnologiyalarının inkişafı cəmiyyətimizin qarşısına yeni şərtlər qoyur. Azərbaycan dilində məlumat bazası çox olmalıdır ki, süni intellekt bizim dilimizdə düşünə, yaza, danışa bilsin. Bu bazanın formalaşmasında tələbələrin potensialından istifadə etməliyik.

Ancaq sovet dövründən qalma prosedurlar, qəbul prosesinin süni çətinlikləri Azərbaycanda elmə marağı azaldır. DİM və test üsulu saxlanılmaqla, qəbul sistemimiz kökündən dəyişməldir. Tələbələr birdən çox universitetə qəbul olunmalı, son qərarında birini seçməlidirlər. 

İndi elə zamandır ki, praktik vərdişlər nəzəri bilikdən önə çıxıb. 350 baldan yuxarı nəticə göstərən hər bir məzun ən yüksək səviyyəli ixtisasları uğurla mənimsəyə bilər. Təhsil sisteminin əsas vəzifəsi isə istedadı aşkarlamaq, inkişaf etdirmək və doğru istiqamətə yönləndirməkdir".

Baş redaktor bildirib ki, repetitorluq Azərbaycanda elmə və təhsilə çox böyük problemlər yaradır: "Gənclər universiteti bitirir, repetitorlardan qurtula bilmirlər. Repetitorluq bazarını genişləndirən amilləri sıfırlamaq lazımdır".

Şərhlər

Xəbər lenti

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

26 avqust, 11:49

Peşə məktəblərində müəllimlərin sayı artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.