Bütün xəbərlər
5 may, 11:12

Bu gün “Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan kadr bankının insan resursları sahəsində çalışan rəhbər şəxslərə təqdimatı və bununla bağlı təlim baş tutub. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə müxtəlif dövlət və özəl qurumların HR rəhbərləri iştirak ediblər.

Tədbirin açılışında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev kadr bankının məqsədi, strukturu, əhəmiyyəti barədə ətraflı məlumat verib. O, təlimin əsas məqsədinin insan resursları üzrə rəhbər şəxslərə kadr bankından səmərəli istifadə yollarını öyrətmək olduğunu vurğulayıb.

Daha sonra “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən kadr bankı platformasının imkanları, funksionallığı və texniki aspektləri üzrə əyani təlim keçirilib. Təlim iştirakçıları platforma üzərindən məlumat axtarışı, namizədlərin profillərinin dəyərləndirilməsi və ehtiyaclara uyğun kadr seçimi kimi vacib proseslərlə tanış edilib.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manat mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

1 /5

Şərhlər

Xəbər lenti

5 may, 13:54

“Rəqəmsal Bacarıqlar” təmayül siniflərə qeydiyyat davam edir

5 may, 13:40

Uşaqlarda ən çox rast gəlinən xəstəliklər və valideyn səhvləri – Həkimlə SÖHBƏT

5 may, 13:13

Qarabağ Universiteti ABŞ-də "AERA Annual Meeting 2025" konfransında təmsil olunub

5 may, 13:02

Sabahın hava proqnozu açıqlanıb

5 may, 12:23

RFO-nun riyaziyyat fənni üzrə final turu keçirilib

5 may, 12:19

AzTU tələbəsi beynəlxalq statistik viktorinada uğur qazanıb

5 may, 12:19

Nazir: Yeni tədris ilindən 6 yeni ixtisaslaşma üzrə magistraturaya mütəxəssis hazırlanacaq

5 may, 12:03

Nəsirəddin Tusi adına olimpiadanın final turunun nəticələri elan olunub

5 may, 11:32

NDU ilə Hacettepe Universiteti əməkdaşlığa dair yeni razılaşmalar əldə edib

5 may, 11:31

Mahirə Hüseynova Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib

5 may, 11:01

Müəllimlər üçün vakansiya seçiminin müddəti uzadıldı

5 may, 10:58

“Yüksəliş” müsabiqəsinin kadr bankı yaradılıb

5 may, 10:55

Nazir müavini Suriyada səfərdə olub

5 may, 10:48

İki şagirdi olan Dico məktəbi ilə bağlı AÇIQLAMA

5 may, 10:43

Ötən il Bakının 1000-ə yaxın məzunu ali məktəbə 600-dən çox balla daxil olub

5 may, 10:31

Alimlərimizin tədqiqatı beynəlxalq elmi jurnalda dərc olunub

5 may, 10:28

Bakının ən yaxşı məktəblərinin siyahısı açıqlanıb 

5 may, 10:25

Azərbaycan dili üzrə doğru cavab etalonları açıqlanıb

5 may, 10:25

Bərdə məktəblisi olan qardaşlar: Biri qızıl, digəri bürünc medalçı oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.