Bütün xəbərlər
5 may, 11:31

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Türk Dünyası Alim Qadınlar Şurasının sədri seçilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, o, bu vəzifəyə 3 May - Türk Millətçiliyi Günü münasibətilə Bakıda BZT Turan Akademiyası tərəfindən təşkil edilən tədbirdə seçilib. 

Toplantıda bu vəzifə üçün Özbəkistan Elm və Təhsil Nazirliyinin Məmun Universiteti və Ürgənc Dövlət Pedaqoji Universiteti tərəfindən bir sıra namizədlər irəli sürülüb. 

Toplantıda Özbəkistanın STARS Beynəlxalq Universiteti, Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti, Milli Tədqiqatlar Universiteti Daşkənd İrriqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu, Özbəkistan–Finlandiya Pedaqogika Universiteti, Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universiteti Daşkənd Filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti və Daşkənd Dövlət İqtisadiyyat Universiteti daxil olmaqla, 40-dan çox müəssisənin nümayəndə heyəti qatılıb. Tədbirdə Türkiyədən də çoxsaylı elm adamları iştirak edib.

2019-cu ildən etibarən bir qrup gənc və təşəbbüskar akademik tərəfindən təsis edilən BZT Turan Akademiyası beynəlxalq konqres, simpozium, təlim və elmi layihələr vasitəsilə bütün dünyadakı tədqiqatçıları bir araya gətirməyi qarşısına məqsəd qoyub.

Akademiya 27 fərqli ölkədən 68-dən çox elmi qurumla tərəfdaşlıq edir.

1 /3

Şərhlər

Xəbər lenti

5 may, 14:56

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

5 may, 14:45

Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər edib

5 may, 14:45

Medaldan kolleksiya toplayanlar – Gələcəyin riyaziyyatçılarının uğur hekayələri

5 may, 14:27

“TikTok”da müəllimlər üçün müsabiqə elan edildi

5 may, 13:54

“Rəqəmsal Bacarıqlar” təmayül siniflərə qeydiyyat davam edir

5 may, 13:40

Uşaqlarda ən çox rast gəlinən xəstəliklər və valideyn səhvləri – Həkimlə SÖHBƏT

5 may, 13:13

Qarabağ Universiteti ABŞ-də keçirilən konfransda iştirak edib 

5 may, 13:02

Sabahın hava proqnozu açıqlanıb

5 may, 12:23

RFO-nun riyaziyyat fənni üzrə final turu keçirilib

5 may, 12:19

AzTU tələbəsi beynəlxalq statistik viktorinada uğur qazanıb

5 may, 12:19

Nazir: Yeni tədris ilindən magistraturada 6 yeni ixtisaslaşma üzrə mütəxəssis hazırlanacaq

5 may, 12:03

Nəsirəddin Tusi adına olimpiadanın final turunun nəticələri elan olunub

5 may, 11:32

NDU ilə Hacettepe Universiteti əməkdaşlığa dair yeni razılaşmalar əldə edib

5 may, 11:12

“Yüksəliş” müsabiqəsinin kadr bankının təqdimatı keçirilib

5 may, 11:01

Müəllimlər üçün vakansiya seçiminin müddəti uzadıldı

5 may, 10:58

“Yüksəliş” müsabiqəsinin kadr bankı yaradılıb

5 may, 10:55

Nazir müavini Suriyada səfərdə olub

5 may, 10:48

İki şagirdi olan Dico məktəbi ilə bağlı AÇIQLAMA

5 may, 10:43

Ötən il Bakının 1000-ə yaxın məzunu ali məktəbə 600-dən çox balla daxil olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.