Bütün xəbərlər
5 may, 13:54

Elm və Təhsil Nazirliyi tərəfindən 2021-ci ildən icra olunan “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 10-11-ci sinif şagirdlərinə informasiya texnologiyaları sahəsində bilik və bacarıqlar qazandırmaq məqsədilə genişmiqyaslı proqram həyata keçirilir. Layihə “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və şagirdlərə müasir texnologiyalar sahəsində ixtisaslaşma imkanı yaradır.

“Azərbaycan müəllimi” xəbər verir ki, hazırda proqram 13 region üzrə 40 məktəbdə tətbiq olunur və ümumilikdə 1251 şagird bu imkanlardan yararlanır. 2025-2026-cı tədris ili üzrə 3000 şagirdin qeydiyyatdan keçməsi proqnozlaşdırılır. Qeydiyyat prosesi 18 aprel – 7 may tarixləri əhatə edir və https://digitalskills.edu.az/ platforması vasitəsilə aparılır. 

Layihə çərçivəsində informatika təmayüllü siniflərdə tədris edilən proqramlar şagirdlərin həm nəzəri biliklərini, həm də praktik bacarıqlarını inkişaf etdirməyə yönəlib. Nəticədə şagirdlər real layihələr üzərində çalışır, fərdi portfoliolarını formalaşdırır və texnoloji sahədə ilk addımlarını atırlar.
Proqrama qoşulmaq istəyən 9-cu sinif şagirdləri üçün may ayında onlayn qəbul imtahanı keçiriləcək. İmtahanın vaxtı və digər detallar iştirakçıların elektron poçt ünvanlarına göndəriləcək. 

Qeyd edək ki, məktəbdə İT təmayüllü sinifin yaradılması üçün azı 15 şagirdin uğurlu nəticə göstərməsi tələb olunur. Əgər şagirdin məktəbində belə bir sinif yaradılmayıbsa, o, yaşadığı əraziyə yaxın digər məktəbə yerdəyişmə edə bilər.
Qəbul imtahanından uğur qazana bilməyən şagirdlərə isə bir aylıq hazırlıq proqramından sonra yenidən iştirak imkanı veriləcək.

Şərhlər

Xəbər lenti

31 iyul, 17:47

Tətil üçün güclü pedaqoji alət: Animasiya filmləri

31 iyul, 16:52

Dövlət Agentliyi: Peşə təhsili müəssisələrinə qəbulda fəallıq müşahidə edilir

31 iyul, 16:31

MİQ üzrə vakansiya seçimi başlayır

31 iyul, 16:28

Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək

31 iyul, 16:23

Özəl bağçalar üçün MTİS üzrə təlim keçirilib

31 iyul, 16:19

Hansı universitet mənə uyğundur? Cavabı sərgidə axtaranlar – REPORTAJ

31 iyul, 15:55

Avropa Universitetləri Futzal Çempionatının qalibi olan komanda ilə görüş keçirilib

31 iyul, 15:47

Avqust ayına olan hava proqnozu açıqlanıb

31 iyul, 15:13

BMU-da iqlim böhranı ilə bağlı hakatonun iştirakçıları ilə görüş keçirilib

31 iyul, 14:46

Aydın Mirzəzadə: Bir vaxtlar yüksək sayılan qəbul nəticələri bu gün artıq orta hesab olunur

31 iyul, 14:11

Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılacaq – RƏSMİ AÇIQLAMA

31 iyul, 13:39

İtaliya-Azərbaycan Universitetinin ilk tələbələri məzun oldular

31 iyul, 13:32

Baş Dövlət Yol Polisi İdarəsindən valideynlərə ÇAĞIRIŞ

31 iyul, 13:27

Şəkli ilə dünyada, sazı ilə səhnədə məşhurlaşdı – Aşıq sənətini yaşadan məktəblilərin hekayələri

31 iyul, 13:22

Ali məktəblərin akkreditasiya meyarları müzakirəyə çıxarılıb – Yeni sənəd hazırlanıb

31 iyul, 13:17

Beynəlxalq Təhsil İcmalı – İyul 2025

31 iyul, 13:13

“Memarlıq” üzrə qabiliyyət imtahanı ilə bağlı apellyasiya komissiyası yaradılacaq

31 iyul, 12:19

Sabahın hava proqnozu açıqlanıb

31 iyul, 12:10

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başladı

31 iyul, 12:06

"Yenilənən məktəblər": Mingəçevir şəhəri İ.Kişiyev adına 17 nömrəli tam orta məktəb – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.