
Qarabağ Universiteti ABŞ-nin Denver şəhərində keçirilən "AERA Annual Meeting 2025" konfransında təmsil olunub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, konfransın “Azərbaycanda Təhsilin Transformasiyası: Qlobal Təhsil Diplomatiyası üçün Dərslər” adlı panel sessiyasında Qarabağ Universitetini Pedaqoji fakültənin dekanı Kəklik Gözəlova təmsil edib.
Sessiyada Azərbaycanda müəllimlərin peşəkar inkişafı sahəsində əldə olunan təcrübələr, yenilikçi yanaşmalar və bu təcrübənin beynəlxalq əməkdaşlıq üçün təqdim etdiyi perspektivlər müzakirə olunub.
Konfransda 96 ölkədən 15 000-dən çox nümayəndə iştirak edib.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər