Bütün xəbərlər
5 may, 17:10

Almaniyanın nüfuzlu Axen Reyn-Vestfaliya Texniki Universitetinin (RWTH Aachen – Axen Texniki Universiteti) Tekstil texnologiyaları bölməsinin rəhbəri professor Tomas Qris və Axen Texniki Universitetinin nəzdindəki İTA Akademiyasının Türkiyə üzrə regional nümayəndəsi Esra Yuksel Yılmaz Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə həmçinin “Synergia Academy” şirkətinin icraçı direktoru Rəna Əfəndiyeva və şirkətin təlim üzrə baş məsləhətçisi Aytən Cəbrayılova da iştirak edib. Qonaqlar AzTU-nun rektoru professor Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Rektor Vilayət Vəliyev AzTU ilə Almaniya universitetləri arasında uzunmüddətli tarixi əlaqələrin olduğunu bildirib.

Tekstil və ümumilikdə materiallar texnologiyaları, habelə sənaye proseslərinin avtomatlaşdırılması və robototexnika istiqamətində Axen Texniki Universitetinin fəaliyyəti barədə məlumat verən professor Qris müasir dövrdə sənayenin bütün sahələrində yeni növ materiallara və proseslərin avtomatlaşdırılmasına tələbatın getdikcə artdığını diqqətə çatdırıb.

Görüş zamanı Axen Texniki Universiteti ilə AzTU arasında professor-müəllim və tələbə mübadiləsi, mexatronika, materialşünaslıq və yaşıl enerji texnologiyaları sahəsində birgə tədqiqatlar və magistratura səviyyəsində müvafiq ixtisaslar üzrə ikili diplom proqramlarının həyata keçirilməsi imkanları müzakirə olunub.

1 /4

Şərhlər

Xəbər lenti

5 may, 18:35

Naxçıvanda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

5 may, 17:50

Məktəbəhazırlıq qruplarında fəaliyyətin optimal idarə edilməsi ilk məktəb təliminin səmərəlilik amili kimi

5 may, 17:46

Tarix və coğrafiya fənləri üzrə RFO-nun qalibləri elan edildi

5 may, 17:30

Daşkənd Dövlət Texniki Universitetinin əməkdaşları ADNSU-da olublar

5 may, 17:17

Doktorantlar üçün növbəti seminar keçirilib

5 may, 17:08

Şagird davranış qaydaları – “Çağdaş təhsildə təşkilatlanma”

5 may, 16:49

RFO-nun bu fənlər üzrə qalibləri açıqlandı

5 may, 16:38

ADNSU bp şirkəti və Britaniya institutu ilə əməkdaşlıq edəcək

5 may, 16:37

AzTU müəlliminin mentoru olduğu komanda robot olimpiadasının finalına vəsiqə qazanıb

5 may, 16:33

Yeni nəslin tərbiyəsi: Məktəbdən nə tələb olunur?

5 may, 16:32

Qeyri-formal təhsil xidmətləri üzrə yeni dövlət standartı qəbul edilib

5 may, 16:28

AzMİU-da məktəblilər üçün “Açıq qapı” günü keçirilib

5 may, 16:26

Almaniyanın Max Planck İnstitutunun doktorantı təcrübəsini tələbələrlə bölüşüb

5 may, 16:20

Rezidenturaya qəbul imtahan nəticələri açıqlanıb

5 may, 14:56

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

5 may, 14:45

Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər edib

5 may, 14:45

Medaldan kolleksiya toplayanlar – Gələcəyin riyaziyyatçılarının uğur hekayələri

5 may, 14:27

“TikTok”da müəllimlər üçün müsabiqə elan edildi

5 may, 13:54

“Rəqəmsal Bacarıqlar” təmayül siniflərə qeydiyyat davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.