
Özbəkistanın İslam Karimov adına Daşkənd Dövlət Texniki Universitetinin əməkdaşları – professor Murodjon Pulatov və dosent Nazırla Maxmudov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, qonaqlar ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədovla görüşüblər. Görüşdə Azərbaycan və Özbəkistan arasında tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri vurğulanıb. Həmçinin ADNSU ilə Özbəkistan universitetləri arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən tələbə və müəllim mübadiləsi proqramlarının inkişaf etdirilməsi müzakirə olunub.
Daha sonra qonaqlar universitetin müxtəlif tədris və elmi istiqamətlər üzrə fəaliyyəti ilə tanış olub mövcud infrastrukturla yerində tanışlıq imkanı əldə ediblər.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər