
Təhsil İnstitutunda Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi tərəfindən elmi tədqiqatların keyfiyyətinin artırılması məqsədilə “Dissertasiyada riyazi-statistik metodlardan istifadə” mövzusunda növbəti seminar keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, seminarda məruzəçi kimi Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri Tavat Muradlı çıxış edib. O, dissertasiya işlərində statistik yanaşmaların əhəmiyyətindən, riyazi modelləşdirmə üsullarından və bu metodların tədqiqatların obyektivliyinə və elmi əsaslandırılmasına verdiyi töhfədən bəhs edib.
Seminarda iştirakçılar üçün təqdim olunan praktiki nümunələr, riyazi-statistik metodların dissertasiya yazılışında necə tətbiq oluna biləcəyi aydın şəkildə göstərilib və tədqiqatçılar üçün faydalı istiqamətlər müəyyən edilib. Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılar öz suallarını səsləndirərək, elmi yanaşmalarla bağlı ətraflı məlumat əldə ediblər.
Qeyd edək ki, seminarların təşkili doktorant və dissertantların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, metodoloji hazırlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
1 /3
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər