13 noyabr 2024

Bütün xəbərlər
test
7 oktyabr, 09:33
202

Azərbaycanın mədən sektoru ilə bağlı ilk kritiklik qiymətləndirməsi uğurla həyata keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, azərbaycanlı tədqiqatçı, Qərbi Avstraliya Curtin Universiteti Mədən Məktəbinin doktorantı Ənvər Məmmədli tərəfindən hazırlanmış bu qiymətləndirmə ölkənin kritik və strateji əhəmiyyətli xammal resurslarını müəyyən edir və bu sahədəki boşluğu doldurmaq məqsədi daşıyır. 

Ə.Məmmədli bununla da Azərbaycanın ilk kritik xammal qiymətləndirməsini hazırlayan azərbaycanlı olaraq bu sahədə böyük bir addım atıb. Onun tədqiqatı, qlobal miqyasda kritik və strateji minerallar üçün çoxkriteriyalı qiymətləndirmə aləti və məlumat bazası hazırlamaq ideyası üzərində qurulub. Bu qiymətləndirmə ölkə iqtisadiyyatı, milli təhlükəsizlik və davamlı inkişaf məqsədlərinə töhfə vermək məqsədilə Azərbaycanın xammal bazasını daha dəqiq və strateji idarə etməyə yönəlib.

Dünyada hazırda yalnız 9 ölkə öz rəsmi kritiklik qiymətləndirməsini açıqlayıb. Bu ölkələr arasında ABŞ, Argentina, Avropa İttifaqı, Yaponiya, Çin və digər qabaqcıl iqtisadiyyatlar yer alır. Ənvər Məmmədli bu kontekstdə Azərbaycanın növbəti ölkə olmasını, öz kritiklik qiymətləndirməsini rəsmi olaraq açıqlayan bir dövlət kimi görmək istəyir. Onun sözlərinə görə, bu addım Azərbaycanın mədən sənayesində müasir yanaşmaları tətbiq etməsinə və resurs idarəçiliyini daha ağıllı, daha davamlı və daha sabit hala gətirməsinə imkan verəcək. 

Bu qiymətləndirmə çərçivəsində Azərbaycanda aşağıdakı minerallar kritik hesab olunub: Alüminium, bismut, kobalt, qurğuşun, molibden, nikel, vanadium.

Strateji minerallar sırasına isə barit-xrom, mis, qızıl, dəmir, gümüş, sink daxildir. Bu qiymətləndirmədə əsas təsir faktorları kimi milli təhlükəsizlik, dəyər zənciri, təchizat riski və tələb vurğulanıb. 

Ə.Məmmədlinin araşdırması göstərir ki, Azərbaycanın resurslarının idarə olunması, qlobal təchizat zəncirlərinə inteqrasiyası, mədən sənayesinin inkişafı və yeni texnologiyaların tətbiqi baxımından böyük potensialı vardır. Bu tədqiqatın əsas məqsədi Azərbaycanın xammal resurslarının düzgün idarə edilməsini təmin etməkdir. Hazırlanan alqoritm, ölkənin mədən sənayesini daha ağıllı qərarlar qəbul etməyə yönləndirəcək və resursların daha dayanıqlı və effektiv idarə edilməsini mümkün edəcək. Bu yanaşma, Azərbaycanın mineral ehtiyatlarının inkişafına yönəlmiş strateji qərarların qəbulu zamanı əsas vəsait kimi istifadə edilə bilər. 

Ə.Məmmədli qeyd edir ki, “alqoritm, təchizat risklərinin düzgün qiymətləndirilməsi və bu sahədəki boşluqların aradan qaldırılması ilə mədən sənayesini daha sabit hala gətirəcək. Bu qiymətləndirmə təkcə elmi bir araşdırma deyil, həm də Azərbaycana rəsmi dəyərləndirmə metodikasını qurmaq üçün mühüm bir təkan ola bilər. Hazırda bu qiymətləndirmə elmi məqalə kimi dərc edilsə də, onun gələcəkdə rəsmi metodologiyaya çevrilməsi mümkündür. Bu metodologiya ilə ölkənin təbii ehtiyatlarının təchizat təhlükəsizliyi, dəyər zənciri ilə inteqrasiyası və qlobal miqyasda rəqabət gücü artırıla bilər”.

Gənc tədqiqatçı qeyd edir ki, Azərbaycanın mədən sənayesi hələ də neft sektoruna nisbətən inkişaf etməyib. Lakin bu qiymətləndirmə və təqdim ediləcək rəsmi metodologiya ölkənin mədən sənayesini canlandırmaq, kritik xammal resurslarını düzgün şəkildə idarə etmək və enerji keçidinə töhfə vermək baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir. 

Əlavə edək ki, Ə.Məmmədli iki həftə sonra ABŞ Ticarət Nazirliyi və Beynəlxalq Ticarət Administrasiyası tərəfindən təşkil olunacaq tədbirdə tədqiqatını təqdim edəcək. O, bu tədbirdə Azərbaycanın potensialını beynəlxalq əsas maraqlı tərəflərə çatdırmaq üçün böyük bir fürsət əldə edəcək. Bu qiymətləndirmə və təklif olunan metodologiya Azərbaycan üçün gələcəkdə mədən sənayesinin inkişafına, milli təhlükəsizlik və enerji keçidinə əhəmiyyətli töhfələr verəcək bir çərçivədir. 

Qeyd edək ki, Ə.Məmmədli bu qiymətləndirmə barədə ötən il  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  təşkil etdiyi “Geominning”  forumunda çıxışı zamanı məlumat verib.  

https://link.springer.com/chapter/10.1007/978-3-031-70725-4_1

Oruc MUSTAFAYEV

1 /2

https://muallim-edu-az.s3.eu-north-1.amazonaws.com/muallimeduaznews_slider/1728282986378%7Ccrfyur036affb1-ffba-4f17-bfd6-7a7743c10d6ekkj.jpg
https://muallim-edu-az.s3.eu-north-1.amazonaws.com/muallimeduaznews_slider/1728282986382%7Caejdtgyutgi87080465-a769-43ec-9c6d-ff43a6195294.jpg

Xəbər lenti

13 noyabr, 13:00
9

Yaşıl gələcəyin təməli: Məktəbəqədər təhsildə iqlim həssaslığı

13 noyabr, 11:43
18

LDU-nun nümayəndə heyəti Qazi Universitetində olub

12 noyabr, 23:07
62

Həsən Həsənli Rusiyanın Elm və Ali Təhsil Nazirliyi yanında Ekspert Şurasının iclasında iştirak edib

12 noyabr, 23:00
61

“BilBacar” müsabiqəsinin noyabr ayı üzrə “Hazırlıq” mərhələsinə start verilib

12 noyabr, 22:23
46

Şəki-Zaqatala regionu üzrə təhsil müəssisələrinin istilik təminatı nə yerdədir? - AÇIQLAMA

12 noyabr, 22:20
47

BDU komandasının “SuperCapBack” layihəsi beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıb

12 noyabr, 16:19
59

Mil-Muğan regionu üzrə 17 məktəb bu ildən qazla qızdırılacaq

12 noyabr, 14:39
58

COP29 başladığı gün ilk uğuruna imza atıb

12 noyabr, 14:34
55

Prezident İlham Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqda fəal rol oynayır

12 noyabr, 14:29
62

BMU-da kibertəhlükəsizliyə dair silsilə təlimlər təşkil edilib

12 noyabr, 13:58
47

Beynəlxalq Elmi Şuranın baş icraçı direktoru AMEA-da olub

12 noyabr, 13:56
89

Emin Əmrullayev: Yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir

12 noyabr, 13:00
63

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib

12 noyabr, 10:53
77

LDU-nun nümayəndə heyəti Ankara Universitetində olub

11 noyabr, 23:32
106

Elm və təhsil naziri UNICEF-in regional direktoru ilə görüşüb

11 noyabr, 22:43
93

SDU ilə Daşkənd İnformasiya Texnologiyaları Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

11 noyabr, 22:32
76

UNICEF: Azərbaycanın Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti Bəyannaməsini imzalamasını alqışlayırıq

11 noyabr, 22:03
105

İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb

11 noyabr, 21:23
96

SDU ilə AlmaU arasında qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub

11 noyabr, 19:55
85

Həsən Həsənli "British Council"ın “Climate Connection” proqramının təqdimatında iştirak edib

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.