Bütün xəbərlər
27 yanvar, 17:18

Erməni işğalından azad edilmiş ərazilərimiz gənclərimizin iştirakı ilə yenidən dirçəlir, burada bütün sahələr kimi təhsil sistemi də canlanır. Əmək fəaliyyəti üçün bu ərazini seçən gənclərin sayı getdikcə artır. Belə gənclərdən biri məcburi köçkünlüklə əlaqədar əvvəl Bakı şəhərində məskunlaşmış, daha sonra fəaliyyəti ilə bağlı Ağcabədiyə - laçınlıların məskunlaşdığı Taxtakörpü qəsəbəsinə yollanan Şəbnəm Uğurludur.  

Fəaliyyəti yüksək qiymətləndirilən Şəbnəm müəllim 2019-cu ildə təhsil naziri tərəfindən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanına da layiq görülüb.

Şəbnəm Uğurlu 1986-cı ildə Laçın şəhərində anadan olub. Məcburi köçkünlüklə əlaqədar orta təhsilini 1992-ci ildən məskunlaşdığı Bakı şəhərinin Nəsimi rayonu 54 nömrəli tam orta məktəbdə alıb. Azərbaycan Dillər Universitetinin “İngilis dili müəllimliyi” ixtisası üzrə məzun olub. Uzun müddət ingilis dili üzrə tərcüməçi kimi çalışan bu gənc xanım pedaqoji fəaliyyətə 2012-ci ildə başlayıb. 

Həmin il müəllimlərin işə qəbul imtahanında yüksək bal toplayan gənc xanım pedaqoji fəaliyyətə başlamaq üçün Laçın rayonu Vagazin kənd 2 nömrəli tam orta məktəbini seçib. Eyni zamanda müəllim çatışmazlığı olduğundan Ağcabədi rayonunun Taxtakörpü qəsəbə tam orta məktəbində də çalışıb: 

"Uşaqlarla ünsiyyətdə olmaq, onları öyrətmək və onlarla bərabər yeni nələrsə öyrənmək olduqca gözəldir. Mən fəaliyyətə başlayanda bu məktəblərin heç birində ali təhsilli ingilis dili müəllimi yox idi, amma növbəti illərdə hər sinifdən ən azı 4 nəfər Azərbaycan Dillər Universitetinin tələbəsi adını qazandı. Bu gün xoşbəxtəm, çünki ölkənin müxtəlif bölgələrində ingilis dili müəllimi kimi fəaliyyət göstərən şagirdlərim var".

“Uğuruna şahidlik etdiyim şagirdlər arasında qızlar üstünlük təşkil edir”

“2018-ci ildə “İlin gənc müəllimi” layihəsinin elanını gördüm. Müraciət etdim və ölkə üzrə birinci yerə çıxdım", - deyə söhbətinə davam edir.
Müxtəlif layihələrdə, yarışlarda iştirak edən gənc müəllimin şagirdləri də özündən geri qalmır. Laçın məktəbinin hər dəfə fərqlənməsi üçün əllərindən gələni edirlər. Şagirdləri ilə yaddaqalan xatirələrinə toxunan Şəbnəm Uğurlu onlarla birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan videoçarx hazırlamasından danışır. Sözügedən videoçarx Milli Məclisdə nümayiş olunub və xeyli təqdir edilib. 
Şəbnəm həm də valideynlərin qızların təhsilinə getdikcə daha çox diqqət yetirdiyi qənaətindədir. 

"İlk vaxtlar dərs keçdiyim əksər qızlar 9-cu sinifdən sonra təhsilini yarımçıq saxlayırdı. Bunun da müxtəlif səbəbləri olurdu. Ancaq zamanla səddi aşmağı bacardıq. Artıq tələbə adını qazanan, uğuruna şahidlik etdiyim şagirdlər arasında qızlar üstünlük təşkil edir.
Şagirdlərin elələri var idi ki, köçkün qəsəbəsindən başqa yerdə olmamışdı. Qayğılar çox idi, onlarla birlikdə gəzməkdən, layihələrə qoşulmaqdan zövq alırdım. Niyə də almayım?! Öyrətdiyimiz, yetişdirdiyimiz, sabaha ümidləndiyimiz saf gənclərdir, axı, onlar! Biz də onlarla birgə öyrənirik. Mənə görə, bir müəllim heç vaxt “nəyisə bilirəm” deyib oturmamalıdır. Bu, elə bir peşədir ki, daim öyrənməlisən, çünki şəxsiyyət yetişdiririk".

“Hər şeydən gözəl olan mənim bu gün atamın, nənəmin çalışdığı məktəbdə fəaliyyət göstərməyimdir”

Ş.Uğurlu 2019-cu ilin yanvar ayında İstanbulda keçirilən beynəlxalq təhsil konfransında fərqli ölkələrdən olan müəllimlər qarşısında 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri danışıb. 

Elə həmin ildə təşkil olunan təhsil işçilərinin respublika konfransında ölkə müəllimləri adından çıxış edib. 
2020-ci ildə direktorların işə qəbul imtahanından keçərək Taxtakörpü qəsəbə tam orta məktəbinə direktor təyin olunub. 2023-cü ildən isə Laçın şəhərində fəaliyyət göstərən 2 nömrəli məktəbdə direktor müavini olaraq fəaliyyətini davam etdirir. 

"Xoşbəxtəm, çünki 2023-cü ilin avqust ayından həyatımın ən qayğısız illərinin keçdiyi Laçına geri qayıtdıq. 2 nömrəli məktəb Bakıda 240 nömrəli məktəbin binasında yerləşmişdi. İllərin həsrətinə son qoyulmuşdu. Məktəbin binası da, sakinlər də artıq öz elinə, öz doğma yurduna köçmüşdü. Ərizə yazdım, Laçında işləmək üçün könüllü olaraq direktorluqdan imtina etdim. Bu məktəbdə - Laçın şəhər 2 nömrəli tam orta məktəbdə direktor müavini olaraq fəaliyyətə başladım. Bu gün müxtəlif bölgələrdə təhsil alan laçınlı şagirdlər artıq Laçına qayıdır, təhsillərini burada davam etdirirlər. Bu, bir az çətin mərhələdir. Çünki fərqli müəssisələrindən, fərqli mühitlərdən gəlirlər. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq ki, övladlarımızı istər sosial-psixoloji, istərsə də akademik cəhətdən gələcəyə hazırlayaq. 

Hər üç vəzifəmdə xoşbəxt olmuşam. Belə deyim məsləhət görülən hər işi layiqincə yerinə yetirməyə çalışmaqla yanaşı özümü o işdə tapmağı bacarıram. Hər şeydən gözəl olan mənim bu gün doğma yurdda - atamın, nənəmin çalışdığı 2 nömrəli məktəbdə fəaliyyət göstərməyimdir. Doğma yurdumda çalışmağım məni xoşbəxt edir. Bura mənim üçün təkcə məktəb deyil, həm də müqəddəs bir yer - evimdir".

1 /2

Şərhlər

Xəbər lenti

14 mart, 11:04

Bağçalara 78 müdir və 416 tərbiyəçi-müəllim müsabiqə ilə işə qəbul edilib

14 mart, 11:00

Direktorlarının maaşlarına 1500 manatadək əlavələr edilib - HESABAT

14 mart, 10:58

Dövlət büdcəsindən elm və təhsilə ayrılan xərclər artıb

14 mart, 10:58

Ötən il ləğv edilmiş, yeni yaradılmış və təyinatı dəyişdirilmiş məktəblər - SİYAHI

14 mart, 10:55

Emin Əmrullayev: Müəllimlik qürurlu, lakin çətin peşədir

14 mart, 10:45

Universitetlərə qəbulun ikinci mərhələsi üçün sınaq imtahanı keçiriləcək

14 mart, 10:36

Kornel metodu öyrənməyi öyrədir

14 mart, 10:33

Sabah peşə məktəblərinə işə qəbul üzrə imtahan keçiriləcək

14 mart, 10:23

İsveç məktəblərində smartfonlardan istifadə qadağan ediləcək

14 mart, 09:56

Qazaxıstanlı tələbələr ADNSU-da təcrübə keçiblər

14 mart, 09:48

Tələbələr dağ-mədən sənayesində inşaat mühəndisliyinin rolu barədə məlumatlandırılıb

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.