Bütün xəbərlər
1 may, 15:00

Aprelin 29-da Elm və  Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) ilə “Elsevier” arasında əməkdaşlıq çərçivəsində “Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” mövzusunda növbəti vebinar təşkil olunub.  

Vebinar iştirakçılarından Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Nigar Abdullayeva EATDA və “Elsevier” tərəfindən müntəzəm olaraq təşkil olunan vebinarlarda iştirak edir. 2024-cü ilin iyul-oktyabr ayları ərzində keçirilən "Elmmetrik bazalar üzrə mütəxəssis hazırlığı" proqramını birinciliklə tamamlayaraq uğurlu iştirakçı olub. Bu proqrama müraciət edən 150 nəfərdən 70 nəfər iştirak hüququ qazansa da, yekunda yalnız 28 nəfər "Elsevier" və "Clarivate" şirkətlərinin birgə sertifikatını əldə edə bilib.

“Azərbaycan müəllimi”nə açıqlamasında Nigar Abdullayeva ölkəmizin elm və ali təhsil müəssisələrində çalışan gənc tədqiqatçıların iştirak etdiyi tədbiri yüksək qiymətləndirib:

– Düşünürəm ki, bu vebinar tədqiqatçılar üçün əhəmiyyətli töhfələr verdi. Əsas mövzulardan biri elmi işlərdə mükafata layiq görülmək üçün hansı xüsusiyyətlərə malik olmalı olduğumuz idi. Mənim kimi gənc tədqiqatçılar üçün xüsusilə faydalı olan bu vebinarda gələcək akademik karyeramızda uğur qazanmaq üçün diqqət etməli olduğumuz nüanslar vurğulandı. Vebinarda elmi-tədqiqatların düzgün istiqamətdə aparılması və daha keyfiyyətli nəticələr əldə edilməsi üçün atılması vacib olan addımlar da müzakirə edildi.

Həmçinin tədqiqatçıların elmi işlərinin təqdim edilməsinin vacibliyi vurğulandı. Elmi nəşrlərin keyfiyyətini artırmaq və onları beynəlxalq aləmdə tanıtdırmaq üçün müvafiq platformalarda necə nəşr edilməli olduğu barədə konkret məsləhətlər verildi. Bu məsləhətlər elmi işlərin beynəlxalq nəşrlərdə tanınmasının və elmi cəmiyyətə tanıdılmasının əhəmiyyətini göstərir. Mənim üçün bu tövsiyələr çox faydalı oldu, çünki elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm. 
Vebinarın sonunda iştirakçılara elmi fəaliyyətləri daha təsirli etmək üçün praktik məsləhətlər təqdim olundu ki, bu məsləhətlər həmçinin elmi işlərin doğru auditoriyaya yönləndirilməsinin vacibliyini, doğru platformalarda yayımlanmasının əhəmiyyətini göstərir, tədqiqatçıların elmi işlərinin beynəlxalq səviyyədə görünürlüyünü artırmaq və tanınmaq üçün əhəmiyyətli alətlər təqdim edir. 

Fikrimcə, belə tədbirlər elmi fəaliyyətlərində uğur qazanmaq istəyən hər kəs üçün vacibdir. Mən də bu vebinarda əldə etdiyim bilikləri öz elmi işlərimdə tətbiq edəcəyəm. Bir daha belə faydalı tədbirləri həyata keçirdikləri üçün EATDA-ya və “Elsevier” şirkətinə öz təşəkkürümü bildirirəm.

Şərhlər

Xəbər lenti

11 iyul, 21:38

“Xankəndidə işləmək istəyirəm” – MİQ imtahanından yüksək bal toplayan müəllim

11 iyul, 19:52

Gənclərə fotoqrafiya üzrə təlim kursu keçirilir

11 iyul, 17:21

Lənkəran məktəbindən böyük uğur: Bir sinifdən 9 qırmızı attestat

11 iyul, 17:02

“MİQ məktəblərdə yüksək bilikli kollektiv formalaşdırır” – İmtahandan uğurla keçən müəllim

11 iyul, 16:59

Məktəblərdə riyaziyyatın öyrədilməsi metodikası

11 iyul, 16:23

9 illik fasilədən sonra geri döndü – MİQ-də rekord bal topladı

11 iyul, 15:55

MDU-nun tələbələri üçün mentor proqramı fəaliyyətə başlayır

11 iyul, 15:52

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi təşkil olunub

11 iyul, 14:55

BMU Pekin İnformasiya Elmləri və Texnologiyaları Universiteti ilə əməkdaşlığa başlayır

11 iyul, 14:33

Mikayıl Cabbarov: Təhsilin bütün səviyyələrində rəqəmsal biliklərin aşılanması əhəmiyyətlidir

11 iyul, 14:23

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinə qeydiyyat bitdi

11 iyul, 14:20

Vaşinqton Universitetinin professoru Pedaqoji Kollecdə seminar keçirib

11 iyul, 13:53

AzMİU-da sərbəst güləş turnirinə start verilib

11 iyul, 13:31

Biz o yerlərə qayıdacağıq…

11 iyul, 12:50

Liseylərə imtahan verən 200 şagirdin nəticəsi yenidən araşdırılacaq – Komissiya yaradılıb

11 iyul, 12:45

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri AÇIQLANDI

11 iyul, 12:42

BDU-da yüksək bal toplayanlar üçün yeni təqaüd təsis edilib

11 iyul, 12:25

İspaniya universitetinin Azərbaycanda fəaliyyətə başlama imkanı nəzərdən keçirilir – Səfir

11 iyul, 12:15

Sabahın hava proqnozu açıqlanıb

11 iyul, 11:38

MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.