.jpg)
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin əmri ilə rəhbər vəzifələrə təyinatlar olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə, Naxçıvan Şəhər, Şahbuz Rayon Təhsil şöbələrinin şöbə, sektor müdiri və aparıcı məsləhətçi vəzifələrinə yeni təyinatlar edilib.
Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində, Naxçıvan Şəhər və Şahbuz Rayon Təhsil şöbələrində vakant vəzifələrin tutulması üçün keçirilən daxili və ümumi müsahibədə uğur qazanan namizədlər yeni vəzifələrə təyin olunublar.
Belə ki, Təhminə Mustafayeva Naxçıvan Şəhər, Elşən Babayev Şahbuz Rayon Təhsil Şöbəsinə müdir, Hüseyn Qəhraman oğlu Qəhrəmanov Təhsil Nazirliyi Aparatının Uşaq və gənclərin inkişafı sektorunda sektor müdiri, Ramalə Niftiyeva və Eldar Nadirli isə Təhsil Nazirliyinin Aparatına aparıcı məsləhətçi vəzifələrinə təyin olunublar.
Qeyd edək ki, müvafiq vəzifələrə təyin olunmamışdan əvvəl Təhminə Mustafayeva Naxçıvan Şəhər Təhsil Şöbəsində müdir əvəzi, Elşən Babayev Ordubad Rayon Təhsil Şöbəsində, Hüseyn Qəhrəmanov Şahbuz Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi, Ramalə Niftiyeva Təhsil Nazirliyi Aparatında məsləhətçi, Eldar Nadirli isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müxtəlif vəzifələrdə çalışıblar.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər