Bütün xəbərlər
1 may, 10:58

Bakı Dövlət Universiteti (BDU) qlobal miqyasda dayanıqlı inkişaf və ali təhsil müəssisələrinin ekoloji məsuliyyətinin artırılması istiqamətində atdığı addımlara daha birini əlavə edərək, Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinin (International Sustainable Campus Network – ISCN) rəsmi üzvü olub. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, BDU bu nüfuzlu quruma üzv olan ilk Azərbaycan ali təhsil müəssisəsidir.

ISCN – ali təhsil müəssisələrinin dayanıqlılıq sahəsində təcrübə və təşəbbüslərini bölüşmək üçün yaradılmış nüfuzlu beynəlxalq platformadır. Şəbəkə dünyanın aparıcı universitetlərini bir araya gətirərək, onların ətraf mühitin qorunması, sosial məsuliyyətin təşviqi və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) töhfə verməsi istiqamətində əməkdaşlığı gücləndirir. Şəbəkə, eyni zamanda, beynəlxalq səviyyədə tanınan nüfuzlu reytinq agentliklərindən biri olan QS tərəfindən də strateji tərəfdaş kimi tanınır və dəstəklənir.

BDU-nun bu nüfuzlu şəbəkəyə qoşulması universitetin son illər ərzində həyata keçirdiyi dayanıqlılıq strategiyasının və ekoloji təşəbbüslərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu addım həmçinin BDU-nun BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəni genişləndirir və universitetin yaşıl kampus modelinə keçid istiqamətində apardığı işlərin əhatə dairəsini artırır. Üzvlük çərçivəsində BDU dayanıqlı inkişaf sahəsində layihələr həyata keçirəcək, beynəlxalq tədbirlərdə iştirak edəcək və elmi əməkdaşlıq imkanlarını genişləndirəcək.

1 /1

Şərhlər

Xəbər lenti

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

1 may, 12:25

MÜTDA valideynlərə çağırış etdi

1 may, 12:04

Lənkəranda “Peşə sərgisi” – Şagirdlər əl işlərini nümayiş etdirdilər

1 may, 12:01

Naxçıvanda yeni kadr təyinatları olub

1 may, 11:43

“Qazaxıstanın xaricdə təhsil proqramı öz hədəflərinə çatıb” – Adil Kusmanov

1 may, 11:33

“Azərbaycan üçün İngilis Dili Strategiyası” sənədinin təqdimatı keçirilib

1 may, 11:10

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ!

1 may, 11:07

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

1 may, 11:03

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək

1 may, 10:51

RFO-nun final turunun kimya fənni üzrə yoxlama prosesi yekunlaşıb

1 may, 10:51

Qazi Universiteti xəstəxanalarının həkimləri NDU-da tədqiqata cəlb edilə bilər

1 may, 10:50

Məktəblərdə “Yaşıl könüllük” proqramı icra olunur

1 may, 10:39

“DİVAN” – Milli Məhkəmə Simulyasiyasının mükafatlandırma mərasimi keçirilib

1 may, 10:23

Şahmat taxtasında yazılan hekayə – Gülşənin zəfər yolu

1 may, 10:10

Sumqayıtda “Erkən nikahın qarşısının alınması” mövzusunda görüş olub

1 may, 09:57

Radiasiya Problemləri İnstitutunun alimləri ilə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.