Bütün xəbərlər
1 may, 12:25

Xəbər verdiyimiz kimi, 1 may saat 11:00-dan etibarən uşaqların 1-ci sinfə elektron qəbulu prosesinə start verilib. Sistemə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunub. 

“Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülüb və problem aradan qaldırılıb.

Bildirilib ki, bu gün sadəcə valideynlərin elektron sistemdə qeydiyyatı prosesi aparılır. Məktəb və müəllim seçiminə 6 may tarixindən etibarən start veriləcək.

Hazırda mektebeqebul.edu.az portal vasitəsilə 1000-dən çox istifadəçi şəxsi kabinet yaradaraq qeydiyyatdan uğurla keçib. 

Bununla yanaşı, qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində tətbiq edilən daha bir yeniliyə əsasən, Şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçirilir.

Qeyd edək ki, bu gün 16:00-da Təhsil TV-nin rəsmi feysbuk səhifəsində 1-ci sinfə elektron qəbul prosesi ilə bağlı canlı yayım təşkil ediləcək. Yayım zamanı qəbul prosesi ilə bağlı ətraflı məlumat veriləcək və yaranan suallar cavablandırılacaq.

Şərhlər

Xəbər lenti

1 may, 15:44

Üç məktəbdə I sinfə qəbul üzrə müsabiqə mərhələsi ləğv edilib

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

1 may, 12:04

Lənkəranda “Peşə sərgisi” – Şagirdlər əl işlərini nümayiş etdirdilər

1 may, 12:01

Naxçıvanda yeni kadr təyinatları olub

1 may, 12:00

RFO-nun biologiya fənni üzrə praktiki turuna mediatur təşkil olunub

1 may, 11:43

“Qazaxıstanın xaricdə təhsil proqramı öz hədəflərinə çatıb” – Adil Kusmanov

1 may, 11:33

“Azərbaycan üçün İngilis Dili Strategiyası” sənədinin təqdimatı keçirilib

1 may, 11:10

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ!

1 may, 11:07

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

1 may, 11:03

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək

1 may, 10:58

BDU Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinə üzv olub

1 may, 10:51

RFO-nun final turunun kimya fənni üzrə yoxlama prosesi yekunlaşıb

1 may, 10:51

Qazi Universiteti xəstəxanalarının həkimləri NDU-da tədqiqata cəlb edilə bilər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.