Bütün xəbərlər
1 may, 17:33

Bakı Mühəndislik Universiteti (BMU) Ümumi fənlər kafedrası və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamentinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş elmi seminar keçirilib.

BMU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, hər iki universitetin müəllim və tələbələrinin iştirakı ilə onlayn formatda keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Sonra çıxış edən UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dosent Gülnarə Rzayeva birgə seminarın ali məktəblər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini bildirib, ilk ortaq tədbirin Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilməsinin təsadüfi olmadığını vurğulayıb. Böyük şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu illərdə hər zaman elmin, təhsilin inkişafına xüsusi diqqət göstərdiyini deyən G.Rzayeva Ümummilli Liderin məktəb quruculuğu, yeni universitetlərin açılması, azərbaycanlı gənclərin xaricdə ali təhsil alması, peşəkar kadr hazırlığı istiqamətində atdığı mühüm addımlara, həyata keçirdiyi çoxsaylı vacib islahatlara toxunub. Həmçinin bu siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.

BMU-nun Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva isə çıxışında görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik illərinin xronologiyasını xatırladıb və bütün dövrlərdə öz xalqının rifahı, yüksəlişi, azad, müstəqil yaşaması üçün gördüyü işləri önə çəkib. Xüsusilə müstəqilliyin ilk vaxtlarında dərin xaos içində yaşayan, sosial problemlər məngənəsində boğulan, vətəndaş qarşıdurması ilə üzləşən ölkəmizdə güclü lider Heydər Əliyevin üzərinə düşən xilaskarlıq missiyasından ətraflı bəhs olunub. Müdrik şəxsiyyətin gücü, doğru və qətiyyətli qərarları sayəsində Azərbaycanın siyasi sabit ölkəyə çevrilməsi, demokratik və hüquqi baxımdan inkişaf etməsi, böyük iqtisadi layihələrə imza atması, ölkəmizin beynəlxalq imicinin, Avropa strukturları ilə əməkdaşlığının, Şərq və Qərb ölkələri ilə əlaqələrinin möhkəmləndirilməsi diqqətə çatdırılıb.

Seminarda UNEC-in professoru Vəkil Həsənov, BMU-nun professoru Şikar Qasımov, dosent Rabil Mehdiyev və digər əməkdaşlar çıxış edərək, tarixi faktlara istinadla Ulu Öndər Heydər Əliyevin güclü dövlətçilik, güclü iqtisadiyyat, bütöv Azərbaycan üçün gördüyü işlər, göstərdiyi fədakarlıqlardan ətraflı bəhs ediblər. Çıxışlarda, həmçinin Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin dövlətçilik ənənələrinə sadiqliyi, Azərbaycanın iqtisadi yüksəlişi, hərbi uğurlar, torpaqlarımızın işğaldan azad edilməsi, eləcə də Qarabağ, Şərqi Zəngəzurda sürətli tikinti-abadlıq işləri və əzəli torpaqlara qayıdış prosesi qürurla vurğulanıb.

1 /4

Şərhlər

Xəbər lenti

1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

1 may, 20:00

Valideyn davranışlarına məktəb qiymətləndirmə vərəqlərindən alınan məlumatların təsiri

1 may, 19:05

Norveçdə 15 yaşlı yeniyetmələrin karyera inkişafı

1 may, 18:12

RFO-nun fizika fənni üzrə ilkin nəticələri elan edilib

1 may, 17:45

BANM-də III Biznes-forum keçirilib

1 may, 17:34

“Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə imtahan keçirilib

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.