Bütün xəbərlər
1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə olaraq Respublika fənn olimpiadasında informatika fənni üzrə qalib olub.

Bu barədə “Azərbaycan müəllimi”nə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib. Olimpiadanın Bakı şəhərində keçirilən final mərhələsində  iştirak edən Kəngərli rayon Qıvraq Qəsəbə tam orta məktəbinin X sinif şagirdi Oruc Cabbarlı Naxçıvanda ilk dəfə informatika fənni üzrə III yerin qalibi olub.

Qeyd edək ki, bu Muxtar Respublikada  informatika fənni üzrə qazanılan ilk medaldır. 

Məlumat üçün bildirək ki, istedadlı şagird Oruc Cabbarlı Təhsil İnstitutu tərəfindən təşkil olunan kurslara cəlb olunub.

Şərhlər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.