
PISA 2025 qiymətləndirməsinə ilk dəfə olaraq “Rəqəmsal dünyada öyrənmə” adlı yeni sahə əlavə olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu sahə şagirdlərin texnologiyadan müstəqil və fəal şəkildə istifadə edərək real həyatda qarşılaşa biləcəkləri problemləri həll etmək bacarıqlarını ölçməyi hədəfləyir.
Qiymətləndirmə iki əsas səriştəni əhatə edir:
1. Özünü tənzimləyən öyrənmə – şagirdin idrak, davranış və emosiyalarını idarə etməsi;
2. Hesablama və elmi sorğu bacarıqları – rəqəmsal vasitələrlə məlumatları təhlil edib, problemləri hesablama məntiqi ilə həll etmək bacarığı.
Niyə bu vacibdir?
Gələcəyin iş dünyasında şagirdlər rəqəmsal texnologiyalarla işləməyi bacarmalı, yeni bacarıqlar öyrənməli və daim dəyişən texnologiyalara uyğunlaşmaq üçün müstəqil düşüncə və öyrənmə vərdişlərinə malik olmalıdırlar.
“Rəqəmsal dünyada öyrənmə” tapşırıq nümunələri ilə aşağıdakı bağlantıya keçid edərək tanış ola bilərsiniz:
https://pisa2025ldw.pilaproject.org/?unit=Conservation&item=P1M401&lang=az
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər