Bütün xəbərlər
14 iyun, 12:42

“Bu gün ölkədə Böyük Qayıdış proqramı həyata keçirilir, ölkənin təxminən beşdə biri yenidən qurulur. Bu, gənclərə həm təhsil, həm də iş baxımından böyük imkanlar açır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmruallayev Hacıqabul rayonu V. Məmmədov adına Muğan qəsəbə tam orta məktəbin “Son zəng” tədbirində çıxış edərkən deyib.

Nazir qeyd edib ki, Məzun Günündə çox insanlara təbrik və təşəkkür düşür: “Bu gün valideynlər öz övladlarından bəlkə daha həyəcanlıdırlar. Onlara bu illər ərzində bu gün son dəfə uşaq, daha sonra gənc deyəcəyimiz insanların inkişafında payı olan insanlar kimi təşəkkür edirəm. Təbii ki, hər bir insanın yetişməsində valideynlərlə yanaşı, müəllimlərinin də böyük rolu var. Ona görə müəllimləri təbrik etmək istəyirəm. Məzunlar onların əməyinin və zəhmətinin nəticəsidir. Hər bir müəllim öz məzunlarının nəticələri ilə qürur duyur”.

Emin Əmrullayev əlavə edib ki, hər bir müəllimin, təhsil sisteminin işinin nəticəsi onun məzunlarının həyatlarının növbəti mərhələsində gördükləri işlərdir: “Hər birinizə uğurlar arzulayıram. Kiminsə ali təhsil almaq şansı digərinizdən bəlkə daha çoxdur, kimsə daha uğurlu nəticə göstərəcək, kiminsə nəticəsi bir qədər aşağı olacaq. Amma hamınızın bərabər bir imkanı var, bu da yaxşı vətəndaş, dürüst insan olmaqdır. Bu baxımdan hər birinizə Azərbaycan üçün faydalı vətəndaş olmağı arzulayıram. Ölkə səviyyəsində, ölkə səviyyəsində olmasa da, doğulduğunuz, yaşadığınız yerdə öz yaxınlarınız, ətrafınız üçün faydalı insan olmağı arzu edirəm. Biz istərdik ki, bundan sonra sizin gördüyünüz yaxşı işlərin sədasını daha çox eşidək, təhsildən öyrəndiklərinizi bu vətənə, bu cəmiyyətə qaytara biləsiniz”.

Şərhlər

Xəbər lenti

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

22 avqust, 13:30

Rektor: Bu gün artıq dərsin auditoriyada keçirilməsi kifayət etmir – MÜSAHİBƏ

22 avqust, 13:05

Məktəblərdə xarici dil seçimi necə aparılır?

22 avqust, 12:56

NDU-da bir sıra ixtisaslarda tədris ingilis dilində aparılacaq

22 avqust, 12:46

Uğursuzluqdan sonra qayğı daha vacibdir

22 avqust, 12:42

4SİM və Stenford Beynəlxalq Tədqiqat İnstitutu arasında onlayn görüş keçirilib

22 avqust, 12:29

Sabahın hava proqnozu açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.