
"Növbəti tədris ili üçün Naxçıvanda yeni məktəblərin açılışı nəzərdə tutulur".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Hacıvar məktəbinin tikintisini sentyabr ayında tamamlanacaq.
"Babək rayonunun Nehrəm qəsəbəsində yarımçıq qalmış məktəbin tamamlanması işləri davam edir. Qıvraq qəsəbəsində yeni məktəbin layihələndirilməsi işləri aparılır. Həmçinin Babək rayonunun Nehrəm qəsəbəsində yeni uşaq bağçasının layihələndirilməsi də həyata keçirilir.
Beləliklə, çox pozitiv əhvali-ruhiyyə ilə 2024–2025-ci tədris ilini başa vurmaqla yanaşı, 2025–2026-cı tədris ilinə çox vacib ev tapşırıqlarının icrası ilə nəticəyönümlü şəkildə başlaya biləcəyik".
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər