Bütün xəbərlər
14 iyun, 12:27

İyunun 14-də Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində də “Son zəng” tədbirləri keçirilib. Elm və təhsil nazirinin müavini Həsən Həsənli, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Heydər Əliyev adına tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak ediblər. 

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

Tədbirdə Heydər Əliyev adına tam orta məktəbin direktoru Məlahət Həsənova qonaqları salamlayaraq məktəbin nailiyyətləri haqqında məlumat verib.

"21 il ərzində Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbin 979 məzunu olub. Onlardan 749 nəfəri ali təhsil müəssisələrinə daxil olub. Həmin məzunlarımız qəbul imtahanlarında 500-700 aralığında bal toplayıblar. Bu il isə məktəbimizdə 78 şagird təhsilini başa vurur. Onlarda 43 nəfəri buraxılış imtahanında yüksək nəticə göstərib", - deyə o qeyd edib.

Daha sonra çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli məzunları təbrik edərək bildirib ki, bu gün aparılan islahatlar təhsilimizin inkişafı üçün möhkəm zəmin yaradır.

Bildirib ki, məzunlar üçün bu gündən həyatın yeni dövrü, məsuliyyətli, çevik qərarlar qəbul etməli olduqları günlər başlayır.

"Sizi bu həyata məktəb, müəllimləriniz hazırlayıb. Bu səbəbdən, ilk növbədə, sizi yetişdirən müəllimlərə təşəkkür etməliyik. Siz xoşbəxt şagirdlərsiniz ki, Heydər Əliyev adına məktəbin məzunlarısınız. Bunun böyük rəmzi mənası var. Bu məktəb artıq 21 ildir fəaliyyət göstərir. Gəlin 21 il öncəyə nəzər salaq. 21 il öncə torpaqlarımız işğal altında idi. Beynəlxalq arenada bu faktla barışmağa, mübarizəmizi dayandırmağa, bunu qəbul etdirməyə çalışırdılar. Lakin bu gün biz ərazi bütövlüyünü öz gücünə bərpa etmiş, suverenliyini qazanmış bir ölkədə yaşayırıq. Bu tarix hər birimiz üçün bir dərs, həyat nümunəsidir".

Nazir müavini əlavə edib ki, bizim milli ideyaya, milli missiyaya bağlılığımız da məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Əgər siz həyatda uğura nail olmaq istəyirsinizsə, bunun üçün Ulu Öndərin həyatından gözəl nümunə ola bilməz.

"Onun davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuz sayəsində, şəhidlərimizin canı, qanı bahasına torpaqlarımız işğaldan azad olunub.

Bu gün Xocalıda, Xankəndidə, Şuşada, Cəbrayılda da məzunlarımız var. Onlar "Son zəng" tədbirlərini öz doğma yurd yerlərində qeyd edirlər.

Bilikli, bacarıqlı gənclərin yetişməsində məktəbin, müəllimlərin üzərinə böyük missiya düşür. Bu gün məzun gününə yığışdığımız bu məktəbdə bir neçə ay sonra “Bilik günü” qeyd olunacaq. Beləliklə, proses davam edəcək. Bu işi biz hər il daha yaxşı görə bilsək, düşünürəm ki, qısa müddətdə böyük nəticələr əldə etmiş olacağıq. Bura qədər gəldiyimiz yol sübut edir ki, biz bunun öhdəsindən gələ bilərik.

Bu gün təhsil sahəsində böyük islahatlar aparılır, müəllimlərin rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Müəllimlərin əməkhaqqı islahatı, təlimi, karyera yüksəlişi ilə bağlı görülən işlər təhsilimizin inkişafı üçün möhkəm zəmin yaradır.

Əziz məzunlar, ali təhsil növbəti mərhələ, yeni bacarıqlara nail olmaq üçün bir imkandır. Xüsusilə son illərdə ali təhsil müəssisələrinə qəbul olanların sayı artmaqdadır. İnanıram ki, istər Naxçıvanda, istər ölkəmizin digər yerlərində və ya ölkə xaricində təhsilini davam etdirən gənclərimiz səriştəli, peşəkar kadrlar olaraq dövlətimizə xidmət edəcəklər. 

Hər birinizə uğurlar arzu edir, müvəffəqiyyətlərinizin davamlı olmağını arzu edirəm", - deyə Həsən Həsənli əlavə edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov məzunları, müəllimləri və valideynləri təbrik edərək bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasında 3992 şagird məzun olur.

Təhsil naziri qeyd edib ki, bugünkü məzunlar Böyük Zəfərin şagirdləri olaraq suverenliyi tam bərpa olunmuş ölkəmizdə gələcəyə doğru inamla addımlayacaq, cənab Prezidentin rəhbərliyi altında Vətənimiz adına əldə edilmiş bütün uğurlara sahiblənəcək, həmin uğurları gələcəyə daşıyacaqlar.

Elxan Nəcəfov tədbirdə şagird nailiyyətlərindən də danışaraq qeyd edib ki, bu il tam orta təhsil səviyyəsi üzrə 467 məzun buraxılış imtahanlarında 200-250, 302 məzun 250-300 intervalında bal toplayıb. 2 məzun isə 300 bal toplayaraq ölkə üzrə ən yüksək nəticəni göstərib.

Qeyd olunub ki, cari ildə həmçinin Naxçıvan Muxtar Respublikasında ümumi orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələrində də ötən illə müqayisədə müsbət dinamika müşahidə olunub. Belə ki, 200–249 bal intervalında nəticə göstərən şagirdlərin sayı ötən ilə nisbətən 25, 250–300 bal intervalında 29, 200-300 bal aralığında nəticə göstərən şagirdlərin sayında isə 26 faiz artım olub.

Muxtar respublikada istedadlı şagirdlərin aşkara çıxarılması və onların elmi biliklərə yönləndirilməsi istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini bildirən nazir diqqətə çatdırıb ki, ölkə üzrə təşkil olunan müxtəlif olimpiada və müsabiqələrdə şagirdlər uğurla iştirak ediblər. Qeyd olunub ki, olimpiadalarda ümumilikdə 59 şagird qalib olub.

Tədbir bədii hissə ilə davam edib.

1 /23

Şərhlər

Xəbər lenti

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

14 iyun, 12:19

Elxan Nəcəfov: Şagirdlərimizin nəticələrində müsbət dinamika müşahidə olunur

14 iyun, 11:15

"Zəkalar" liseyində “Son zəng” tədbiri keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.