
Bu gün Naxçıvan Muxtar Respublikasında 3992 şagird məzun olur.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Heydər Əliyev adına tam orta məktəbdə keçirilən "Son zəng" tədbirində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bugünkü məzunlar Böyük Zəfərin şagirdləri olaraq suverenliyi tam bərpa olunmuş ölkəmizdə gələcəyə doğru inamla addımlayacaq, cənab Prezidentin rəhbərliyi altında Vətənimiz adına əldə edilmiş bütün uğurlara sahiblənəcək, həmin uğurları gələcəyə daşıyacaqlar.
"Bu il Naxçıvan Muxtar Respublikasında tam orta təhsil səviyyəsi üzrə 467 məzun buraxılış imtahanlarında 200-250, 302 məzun 250-300 intervalında bal toplayıb. 2 məzun isə 300 bal toplayaraq ölkə üzrə ən yüksək nəticəni göstərib.
Cari ildə həmçinin ümumi orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələrində də ötən illə müqayisədə müsbət dinamika müşahidə olunub. Belə ki, 200–249 bal intervalında nəticə göstərən şagirdlərin sayı ötən ilə nisbətən 25, 250–300 bal intervalında 29, 200-300 bal aralığında nəticə göstərən şagirdlərin sayında isə 26 faiz artım olub".
Nazir əlavə edib ki, muxtar respublikada istedadlı şagirdlərin aşkara çıxarılması və onların elmi biliklərə yönləndirilməsi istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, ölkə üzrə təşkil olunan müxtəlif olimpiada və müsabiqələrdə şagirdlər uğurla iştirak ediblər. Olimpiadalarda ümumilikdə 59 şagird qalib olub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər