Bütün xəbərlər
9 oktyabr, 14:46

Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş Tədbirlər Planının, 2024-2026-cı illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqamətlərinin inkişafı haqqında Fəaliyyət planı (Yol Xəritəsi) 6.10. “Gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi çərçivəsində təhsil və elm sahəsində universitetlərarası əməkdaşlıq layihələrinin həyata keçirilməsi” tədbirlərinin icrasını təmin etmək və “Yaşıl iqtisadiyyat” mövzusunda professor-müəllim heyətinin, təhsilalanların elmi-tədqiqatların aparılmasını da təşviq etmək, eyni zamanda cəmiyyətin ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə və ekoloji mədəniyyətin inkişafına dəstək olmaq  məqsədilə UNEC-də "Yaşıl iqtisadiyyat: elm, təhsil, texnologiya və innovasiya” mövzusunda I Beynəlxalq elmi–praktik konfrans keçirilib. 

Elmi tədbir çərçivəsində UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova və tətbiqi iqtisadiyyat kafedrasının müdiri Sevinc Abbasovanın  sədrliyi ilə "Yaşıl iqtisadiyyat gənc tədqiqatçıların və tələbələrin gözü ilə”  mövzusunda elmi seminar keçirilib. İlk olaraq, gənc tədqiqatçılar və tələbələr üçün Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müavini professor Lütfihak Alpkanın “Yaşıl əmək” mövzusunda ustad dərsi dinlənilib. 

UNEC-in Elmi fəaliyyətin təşkili və idarə olunması departamentinin direktoru, Avrasiya İqtisadiyyatı üzrə Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri professor Z.Məmmədov universitetdə gənc tədqiqatçılar üçün yaradılan imkan və onlara verilən dəstəkdən söz açıb. O, UNEC-də elmi-tədqiqat fəaliyyəti, ali məktəbin dünyanın nüfuzlu universitetləri ilə elmi əməkdaşlığı və beynəlxalq proqramlarda iştirakı barədə məlumat verib. Qeyd edib ki, UNEC-in qarşısında duran mühüm vəzifələrdən biri də “yeni nəsil tədqiqatçı” yetişdirməkdir. Bu məqsədlə universitetdə gənc tədqiqatçıların uğurlu fəaliyyəti üçün hər cür şərait yaradılır: elmi konfranslar, elmi seminarlar, “gənc tədqiqatçı” müsabiqələri keçirilir. 

Daha sonra bölmə iclasında gənc tədqiqatçılar və tələbələr hazırladıqları təqdimatla çıxış ediblər. “ADA” Universitetinin tələbəsi Qasi Məmmədova Azərbaycanda “yaşıl” maliyyələşdirmə, Avstriyadan gənc tədqiqatçı Kyan A.Paya “The double materiality assessment of the european corporate sustainanility directive as a strategic competitive factor”; gənc alim həkim, tibb.f.d. Mehparə Kazımova “Устойчивое развитие: Приоритеты здравоохранения. Формирование эффективных стратегий по лечению гематологических заболеваний”;  Rusiyanın Tümen Dövlət Universitetinin tədqiqatçı mühəndisi Alina Dryagina “Комплексный подход для решения проблемы с органическими отходами”; Ural Federal Universitetinin laboratoriya müdiri dosent Eduard Patrakov, gənc politoloq İlyas Hüseynov “Yaşıl enerji dəhlizi Xəzər - Qara dəniz - Avropa: məqsədlər və perspektivlər”;  UNEC-in Rus iqtisad məktəbinin tələbəsi İmran Keberlinski  “Strategic goals of the energy transition in Azerbaijan”; «Green economy» as a path to sustainable development”.  UNEC-in Rus İqtisad Məktəbinin tələbəsi Nərmin Şahverdiyeva və Almaniya Anhalt İqtisadiyyat Universitetinin tədqiqatçısı professor Corneliya Scot “Ali təhsil vasitəsilə yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsi” mövzularında ətraflı və elmi məzmunlu çıxışlar etdilər. 

Tədbirin sonunda UNEC-in tələbələrlə iş üzrə prorektoru dosent S.Qəndilova xarici və yerli iştirakçıları sertifikatla təltif edib. 

Qeyd edək ki, “Premium Bank” ASC-nin dəstəyi ilə keçirilən beynəlxalq konfrans oktyabrın 4-də öz işini başa vurub.

1 /6

Şərhlər

Xəbər lenti

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

16 sentyabr, 11:45

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə imtahanda iştirak edənlərin 90%-i uğursuz nəticə əldə edib

16 sentyabr, 11:35

491 xarici kvalifikasiyanın tanınması barədə mənfi rəy verilib

16 sentyabr, 11:34

İlin ikinci Günəş tutulması baş verəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.