
Qarabağ Universitetində Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz tərəfindən startap və rəqəmsal savadlılıq mövzusunda tələbələrlə maarifləndirici görüş keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi, süni intellekt texnologiyalarının inkişafı və onların ictimai həyata təsirindən bəhs edilib. Bununla yanaşı, startap ekosisteminin formalaşması, ideyanın layihəyə çevrilməsi prosesi, dövlət və özəl sektorun innovasiyalara dəstək mexanizmləri, eləcə də gənclərin bu proseslərdə fəal iştirakı barədə ətraflı məlumat verilib.
Tələbələrə yeni texnoloji ideyalar irəli sürmək, onları reallaşdırmaq üçün komandalar formalaşdırmaq, mövcud platformalardan, o cümlədən innovasiya mərkəzləri, inkubatorlar və akselerator proqramlarından aktiv şəkildə yararlanmaq tövsiyə edilib.
İnteraktiv şəkildə davam edən görüşün sonunda tələbələrin sualları cavablandırılıb.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər