
AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Məktəbli Kuboku” turnirinə start verilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, ilk olaraq Siyəzən rayonunda 5-ci və 7-ci sinif oğlanlar arasında oyunlar keçirilib. 7-ci sinifdə 12, 5-ci sinifdə isə 10 məktəbin şagirdləri arasında mübarizə başlayıb.
Turnirin son günündə bağlanış mərasimi təşkil olunacaq. Daxili birincilik başa çatdıqdan sonra hər iki qrup üzrə çempion komanda rayonu bölgə yarışlarında - Regional finallarda təmsil edəcək.
Qeyd edək ki, “Məktəbli Kuboku” turnirinin təşkilində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təbliğ etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir. Layihə çərçivəsində ölkənin bütün bölgələrində məktəblər arasında yarışlar keçiriləcək, qaliblər respublika birinciliyində qüvvələrini sınayacaqlar.
İlk günün nəticələri:
5-ci siniflər:
Gilgilçay qəsəbəsi – 4 nömrəli məktəb - 3:1
3 nömrəli məktəb – Zarat - 2:1
7-ci siniflər:
Yenikənd – 1 nömrəli məktəb - 1:7
Böyük Həmyə – Gilgilçay qəsəbəsi - 4:7
1 /9
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər