Bütün xəbərlər
21 oktyabr, 15:42

 Lənkəran Dövlət Universitetində (LDU) YAP Lənkəran Rayon Təşkilatı, Bakı Politoloqlar Klubu ilə birgə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” mövzusunda konfrans keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda qurban gedən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru professor Natiq İbrahimov açıb və konfransın olduqca vacib məsələyə həsr olunduğunu, günün reallığı ilə tam səsləşdiyini, gənclərin milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında müsbət rol oynayacağını bildirib. Professor Natiq İbrahimov dövlət suverenliyinin, dövlətçilik ənənələrinin, ideloji sabitliyin qorunmasında gənclərin vətənpərvərlik, milli adət-ənənələrə, milli dəyərlərə hörmət ruhunda tərbiyə olunmasının vacibliyini diqqətə çatdıraraq qeyd edib ki, bu istiqamətdə mütəmadi tədbirlərin keçirilməsi zamanın tələbidir. 

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran regional bölməsinin baş məsləhətçisi Emin Həmidli, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, politoloq Zaur İbrahimli çıxış edərək azərbaycançılıq ideologiyasının möhkəmlənməsində ictimai-siyasi institutların, xüsusən də təhsil müəssisələrinin üzərinə düşən vəzifələrdən, milli birliyin qorunmasının vacib şərti olan informasiya təhlükəsizliyinin təmin olunmasından, milli dəyərlərin təbliğinin əhəmiyyətindən söz açıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1 /4

Şərhlər

Xəbər lenti

21 oktyabr, 18:55

Türkiyənin Ali Təhsil Şurasının sədri Qarabağ Universitetini ziyarət edib

21 oktyabr, 16:52

Məktəblilər arasında qaçış üzrə Muxtar Respublika birinciliyi keçirilib

21 oktyabr, 16:49

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb

21 oktyabr, 16:20

MDU-da Energetiklər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

21 oktyabr, 16:03

Naxçıvanda IX-XI siniflər üçün buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək

21 oktyabr, 15:54

Tədqiqat universitetləri ali məktəblərin bazasında yaradılacaq

21 oktyabr, 15:50

ASA ilə Akdeniz Universiteti arasında ikili diplom proqramı başlayır

21 oktyabr, 15:46

“Alim” adı elmə töhfə qatan şəxslərə veriləcək – Nicat Məmmədli

21 oktyabr, 15:44

Nicat Məmmədli: Gəncləri elm sahəsinə təşviq etmək lazımdır

21 oktyabr, 15:40

İlkin mərhələdə ixtisarlar planlaşdırılmır – Nazirin müşaviri

21 oktyabr, 14:13

Qəbələ Peşə Təhsil Mərkəzinin tələbələri “Qarabağ Kuboku”nda uğur qazanıblar

21 oktyabr, 13:58

Optimallaşdırma məsələlərinin həlli müəyyən qədər vaxt aparacaq – Nicat Məmmədli

21 oktyabr, 13:25

Elmə xərclənən pul “ölçülən nəticə”yə necə çevrilə bilər? – Alim mövqeyi

21 oktyabr, 12:42

“Məktəbli Kuboku”na Siyəzəndə start verilib

21 oktyabr, 12:39

İqlim böhranına qarşı hərəkətə keçmək üçün vaxtımız azdır - Kristina Ozdene

21 oktyabr, 12:23

İSESKO rəsmisi: Təhsil islahatları yalnız ümumi prinsiplərə əsaslanmamalıdır

21 oktyabr, 12:18

BMU ilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu əməkdaşlıq edəcək

21 oktyabr, 12:10

Tofiq Əhmədov: Təhsil liderləri təkcə nazirlik və institutlarda yetişdirilməli deyil

21 oktyabr, 12:05

Şehzad Civa: Azərbaycan təhsildə keyfiyyət artımı üzrə irəliləyib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.