Bütün xəbərlər
21 oktyabr, 12:39

“Cəmiyyət və dünya olaraq iqlim böhranına qarşı hərəkətə keçmək üçün artıq vaxtımız azdır və gələcək nəsli gözləmək kimi imkanımız yoxdur”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfransda Kembric Universitetinin Qlobal iqlim təhsili direktoru Kristina Ozdene səsləndirib.

“Biz 10-20 il gözləyə bilmərik ki, yeni nəsil yeni tədris proqramlarını mənimsəyərək iqlim dəyişiklikləri və ətraf mühit problemlərinə tam həssas olsun. Bu böhran artıq bizim qarşımızdadır”, – deyə o vurğulayıb.

Kristina Ozdene nümunə olaraq Mərkəzi Asiya regionundakı Aral dənizini göstərərək qeyd edib ki, dəniz demək olar ki, tamamilə quruyub və bu, region üçün böyük ekoloji fəlakətdir. 

“Bu bizə göstərir ki, problemləri daha da böyümədən, indi - bu gündən hər səviyyədə həll etməyə başlamalıyıq”, – deyə o əlavə edib.
O, bunun üçün ailələrdən tutmuş məktəblərə, müəllimlərdən valideynlərə, yerli bələdiyyələrdən milli təhsil siyasətinə qədər bütün sistemlərin birgə səylərinin vacib olduğunu qeyd edib. Kristina Ozdene bildirib ki, yalnız müxtəlif mexanizmlərin eyni anda işlədiyi bir yanaşma ilə vaxt itirmədən ətraf mühitin qorunmasına töhfə verə və daha böyük problemlərin qarşısını ala bilərik.

“Biz hər bir sahədə, təhsil müəssisələrində, evlərimizdə, icmalarda və siyasət planlamasında ekoloji cəhətdən məsuliyyətli addımlar atmalıyıq. Məktəblərdə müəllim və valideynlərin iştirakı ilə keçirilən layihələr, tullantıların idarə olunması və təkrar emal təşəbbüsləri, həmçinin geniş ictimaiyyətin məlumatlandırılması bu mübarizənin ayrılmaz hissəsidir”, – deyə o vurğulayıb.

Şərhlər

Xəbər lenti

21 oktyabr, 16:52

Məktəblilər arasında qaçış üzrə Muxtar Respublika birinciliyi keçirilib

21 oktyabr, 16:49

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb

21 oktyabr, 16:20

MDU-da Energetiklər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

21 oktyabr, 16:03

Naxçıvanda IX-XI siniflər üçün buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək

21 oktyabr, 15:54

Tədqiqat universitetləri ali məktəblərin bazasında yaradılacaq

21 oktyabr, 15:50

ASA ilə Akdeniz Universiteti arasında ikili diplom proqramı başlayır

21 oktyabr, 15:46

“Alim” adı elmə töhfə qatan şəxslərə veriləcək – Nicat Məmmədli

21 oktyabr, 15:44

Nicat Məmmədli: Gəncləri elm sahəsinə təşviq etmək lazımdır

21 oktyabr, 15:42

LDU-da ideoloji mövzuda konfrans keçirilib

21 oktyabr, 15:40

İlkin mərhələdə ixtisarlar planlaşdırılmır – Nazirin müşaviri

21 oktyabr, 14:13

Qəbələ Peşə Təhsil Mərkəzinin tələbələri “Qarabağ Kuboku”nda uğur qazanıblar

21 oktyabr, 13:58

Optimallaşdırma məsələlərinin həlli müəyyən qədər vaxt aparacaq – Nicat Məmmədli

21 oktyabr, 13:25

Elmə xərclənən pul “ölçülən nəticə”yə necə çevrilə bilər? – Alim mövqeyi

21 oktyabr, 12:42

“Məktəbli Kuboku”na Siyəzəndə start verilib

21 oktyabr, 12:23

İSESKO rəsmisi: Təhsil islahatları yalnız ümumi prinsiplərə əsaslanmamalıdır

21 oktyabr, 12:18

BMU ilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu əməkdaşlıq edəcək

21 oktyabr, 12:10

Tofiq Əhmədov: Təhsil liderləri təkcə nazirlik və institutlarda yetişdirilməli deyil

21 oktyabr, 12:05

Şehzad Civa: Azərbaycan təhsildə keyfiyyət artımı üzrə irəliləyib

21 oktyabr, 11:53

TKTA akkreditasiyaya cəlb edilən ekspertlərlə bağlı açıqlama verdi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.