Bütün xəbərlər
21 oktyabr, 13:58

“Azərbaycan Prezidentinin Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2025-ci il 4 aprel tarixli Sərəncamında qeyd olunub ki, bir sıra müəssisələr birləşdirilsin, bir neçəsi universitetlərin tərkibinə verilsin. Bir neçə gün bundan əvvəl də Nazirlər Kabineti tərəfindən həmin Sərəncamın həyata keçirilməsi ilə bağlı növbəti qərar imzalanıb. Bu qərarın nəticəsində artıq konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur”. 

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsil TV-nin “Təhsildəyik” verilişində səsləndirib. 

O bildirib ki, həmin Sərəncamda nəzərdə tutulan elmi-tədqiqat müəssisələrinin bir neçəsinin birləşdirilməsi, vahid mərkəzdə cəmləşdirilməsi, onların daha səmərəli fəaliyyətinin təşkil olunması, həmçinin bəzi elmi-tədqiqat müəssisələrinin, xüsusilə regionlarda olan elmi-tədqiqat müəssisələrinin universitetlərin tərkibinə verilməsi məsələsi qoyulub: 

“Eyni zamanda, bunların maliyyə məsələlərinin nəzərə alınması da göstərilib. Bu istiqamətdə işlər davam edir. Yəqin ki, bunların həyata keçirilməsi və aktuallaşması müəyyən müddət alacaq. Nazirlər Kabinetinin qərarında onların artıq publik hüquqi şəxs kimi iki ay ərzində nizamnamələrinin hazırlanması və digər hüquqi prosedur məsələlərinin həlli nəzərdə tutulur. Bu məsələlər Nazirlər Kabinetinin müəyyən etdiyi vaxtda həyata keçiriləcək. Amma eyni zamanda buradan irəli gələn digər məsələlər, məsələn, həmin elmi-tədqiqat müəssisələrində həyata keçirilən elmi işlərin yenidən nəzərdən keçirilməsi, onların müasir dövrün tələblərinə uyğun şəkildə formalaşdırılması, insan resurslarının dəyərləndirilməsi və s. bu məsələlər müəyyən qədər vaxt aparacaq”.
 
O qeyd edib ki, bu barədə dəqiq vaxt demək çətindir: “Amma elm elə bir sahədir ki, tələsməyi sevmir. Onun üzərində daha dərindən düşünərək çalışmaq lazımdır”.

Şərhlər

Xəbər lenti

21 oktyabr, 16:52

Məktəblilər arasında qaçış üzrə Muxtar Respublika birinciliyi keçirilib

21 oktyabr, 16:49

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb

21 oktyabr, 16:20

MDU-da Energetiklər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

21 oktyabr, 16:03

Naxçıvanda IX-XI siniflər üçün buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək

21 oktyabr, 15:54

Tədqiqat universitetləri ali məktəblərin bazasında yaradılacaq

21 oktyabr, 15:50

ASA ilə Akdeniz Universiteti arasında ikili diplom proqramı başlayır

21 oktyabr, 15:46

“Alim” adı elmə töhfə qatan şəxslərə veriləcək – Nicat Məmmədli

21 oktyabr, 15:44

Nicat Məmmədli: Gəncləri elm sahəsinə təşviq etmək lazımdır

21 oktyabr, 15:42

LDU-da ideoloji mövzuda konfrans keçirilib

21 oktyabr, 15:40

İlkin mərhələdə ixtisarlar planlaşdırılmır – Nazirin müşaviri

21 oktyabr, 14:13

Qəbələ Peşə Təhsil Mərkəzinin tələbələri “Qarabağ Kuboku”nda uğur qazanıblar

21 oktyabr, 13:25

Elmə xərclənən pul “ölçülən nəticə”yə necə çevrilə bilər? – Alim mövqeyi

21 oktyabr, 12:42

“Məktəbli Kuboku”na Siyəzəndə start verilib

21 oktyabr, 12:39

İqlim böhranına qarşı hərəkətə keçmək üçün vaxtımız azdır - Kristina Ozdene

21 oktyabr, 12:23

İSESKO rəsmisi: Təhsil islahatları yalnız ümumi prinsiplərə əsaslanmamalıdır

21 oktyabr, 12:18

BMU ilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu əməkdaşlıq edəcək

21 oktyabr, 12:10

Tofiq Əhmədov: Təhsil liderləri təkcə nazirlik və institutlarda yetişdirilməli deyil

21 oktyabr, 12:05

Şehzad Civa: Azərbaycan təhsildə keyfiyyət artımı üzrə irəliləyib

21 oktyabr, 11:53

TKTA akkreditasiyaya cəlb edilən ekspertlərlə bağlı açıqlama verdi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.