Bütün xəbərlər
21 oktyabr, 12:23

Hər bir ölkənin özünəməxsus mədəni irsini, iqtisadi quruluşunu və sosial sistemini nəzərə alan, onlara hörmətlə yanaşan səmərəli siyasətlərin formalaşdırılması olduqca vacibdir. Çünki təhsil sahəsində həyata keçirilən islahatlar yalnız ümumi prinsiplərə əsaslanmamalı, hər bir ölkənin tarixi, dəyərləri, sosial reallıqları və inkişaf mərhələsinə uyğun şəkildə tənzimlənməlidir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri  Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfrans çərçivəsində təşkil edilən müzakirə zamanı İSESKO-nun 3-cü Təhsil Nazirləri Konfransının (2024) İcraiyyə Komitəsinin sədri Əhməd Albanyan səsləndirib.

O qeyd edib ki, bu baxımdan siyasətlərin inteqrasiyası, yəni milli strategiyalarla beynəlxalq təşəbbüslərin uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, müəllimlərin səlahiyyətləndirilməsi, onlara yeni bacarıqların qazandırılması və bu dəyişikliklərin həyata keçirilməsində aparıcı rol oynamaları xüsusi vurğulanmalıdır:

“Çünki müəllimlər təhsil sisteminin əsas sütunlarıdır və onların iqlim dəyişikliyi, dayanıqlılıq, ekoloji şüur kimi sahələrdə maariflənməsi gələcək nəsillərin formalaşmasında həlledici rol oynayır”.

O əlavə edib ki, bununla yanaşı, icmaların prosesə cəlb olunması da vacibdir. Yerli icmaların iştirakı olmadan heç bir “yaşıl siyasət” və ya “yaşıl təhsil” təşəbbüsü real təsir göstərə bilməz:

“Uşaqlar məktəbdə öyrəndiklərini həyatlarına tətbiq etmək üçün ailə və cəmiyyət dəstəyi görməlidirlər”.

Şərhlər

Xəbər lenti

21 oktyabr, 16:52

Məktəblilər arasında qaçış üzrə Muxtar Respublika birinciliyi keçirilib

21 oktyabr, 16:49

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb

21 oktyabr, 16:20

MDU-da Energetiklər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

21 oktyabr, 16:03

Naxçıvanda IX-XI siniflər üçün buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək

21 oktyabr, 15:54

Tədqiqat universitetləri ali məktəblərin bazasında yaradılacaq

21 oktyabr, 15:50

ASA ilə Akdeniz Universiteti arasında ikili diplom proqramı başlayır

21 oktyabr, 15:46

“Alim” adı elmə töhfə qatan şəxslərə veriləcək – Nicat Məmmədli

21 oktyabr, 15:44

Nicat Məmmədli: Gəncləri elm sahəsinə təşviq etmək lazımdır

21 oktyabr, 15:42

LDU-da ideoloji mövzuda konfrans keçirilib

21 oktyabr, 15:40

İlkin mərhələdə ixtisarlar planlaşdırılmır – Nazirin müşaviri

21 oktyabr, 14:13

Qəbələ Peşə Təhsil Mərkəzinin tələbələri “Qarabağ Kuboku”nda uğur qazanıblar

21 oktyabr, 13:58

Optimallaşdırma məsələlərinin həlli müəyyən qədər vaxt aparacaq – Nicat Məmmədli

21 oktyabr, 13:25

Elmə xərclənən pul “ölçülən nəticə”yə necə çevrilə bilər? – Alim mövqeyi

21 oktyabr, 12:42

“Məktəbli Kuboku”na Siyəzəndə start verilib

21 oktyabr, 12:39

İqlim böhranına qarşı hərəkətə keçmək üçün vaxtımız azdır - Kristina Ozdene

21 oktyabr, 12:18

BMU ilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu əməkdaşlıq edəcək

21 oktyabr, 12:10

Tofiq Əhmədov: Təhsil liderləri təkcə nazirlik və institutlarda yetişdirilməli deyil

21 oktyabr, 12:05

Şehzad Civa: Azərbaycan təhsildə keyfiyyət artımı üzrə irəliləyib

21 oktyabr, 11:53

TKTA akkreditasiyaya cəlb edilən ekspertlərlə bağlı açıqlama verdi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.