
“Bəzi elmi müəssisələr birləşdirilir. Bu o deməkdir ki, əvvəllər üç elmi-tədqiqat müəssisəsi varsa, indi onların bir və ya ikisi qalacaq. Amma ilkin dövrdə, nazirin də qeyd etdiyi kimi, insan resurslarının ciddi şəkildə ixtisarından söhbət getmir. Çünki alimlər bizə bütün hallarda lazımdır. Onlar elmi fəaliyyətə töhfə verirlərsə, bu işə davam edəcəklər. Ümid edirik ki, ciddi ixtisarlara ehtiyac olmayacaq. İlkin mərhələ üçün hər hansı ixtisarlar nəzərdə tutulmayıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsil TV-nin “Təhsildəyik” verilişində səsləndirib.
O bildirib ki, iqtisadi böyümənin əsasında yalnız alimin elmi nəticəsi deyil, sahibkarın ondan necə istifadə etməsi dayanır: “Alim adətən ideya təqdim edir, sahibkar isə mühəndisin köməyi ilə həmin ideyanı konkret bir məhsula çevirir. Bu zaman o, iqtisadiyyata töhfə vermiş olur. Burada vacib məsələ nədən ibarətdir? Sözsüz ki, bu prosesdə rəqabət mühiti formalaşır və həmin şirkətlər bir-biri ilə rəqabət aparırlar. Ümumiyyətlə, elmi tədqiqatlarda dövlətin müəyyən miqdarda maliyyə dəstəyi göstərməsi, yəni elmi tədqiqatlara investisiya qoyması vacib məsələlərdən biridir”.
O qeyd edib ki, dövlətin bu sahədən tamamilə kənarlaşması elmi tədqiqat üçün heç bir halda faydalı deyil: “Amma bununla yanaşı, başa düşməliyik ki, dövlətin qoyduğu hər bir vəsait bu və ya digər formada ölkəyə əlavə dəyər gətirməlidir – istər nüfuz baxımından, istərsə də iqtisadi töhfə şəklində. Yəni bu investisiyalar nəticə etibarilə ölkə üçün real dəyər yaratmalıdır”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər