
“Təhsildə real təsirə nail olmaq üçün təşəbbüslər təkbaşına deyil, əməkdaşlıq və tərəfdaşlıq mühitində həyata keçirilməlidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfransda Beynəlxalq Bakalavriat Təşkilatının baş təhsil direktoru Şehzad Civa səsləndirib.
O bildirib ki, əgər təşəbbüslər bir-biri ilə əlaqələndirilməsə, onlar sadəcə yaxşı niyyətli, lakin real təsiri olmayan layihələrə çevrilir:
“Əməkdaşlıq və tərəfdaşlıq vasitəsilə vahid yanaşma formalaşdırmaqla daha böyük nəticələr əldə etmək mümkündür. Mənim Azərbaycanda təhsil sisteminin təkmilləşdirilməsinə dair anlayışım əvvəlcə çox məhdud idi və bu prosesə əsasən qiymətləndirmə prizmasından baxırdım. Dövlət İmtahan Mərkəzinin qısa müddət ərzində yerli mütəxəssislərin gücü ilə sistemlər qurması bir çox ölkələr üçün öyrəniləsi təcrübədir”.
O həmçinin qeyd edib ki, təhsilin əsas məqsədi yalnız akademik nəticələrlə məhdudlaşmamalı, insan inkişafı və dəyərlər üzərində qurulmalıdır:
“Yaxşı insan yetişdirmək, bu dəyərləri uşaqlara aşılamaq təhsilin əsas məqsədlərindən olmalıdır. Məktəb sadəcə divarları, sinif otaqları, dərs cədvəli, forma və intizam qaydaları ilə məhdudlaşmamalıdır. Orada uşaqlara daha dərindən düşünmək, özlərini ifadə etmək imkanı yaradılmalıdır. Bu dəyişikliklər təkcə bu regionda deyil, bütün dünyada zəruridir”.
Şehzad Civa vurğulayıb ki, ümumilikdə Azərbaycanın təhsil sahəsində keyfiyyətin artırılması istiqamətində gördüyü işlər çox təsiredicidir və bu sahədə irəlilələyib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər