Bütün xəbərlər
21 oktyabr, 11:53

Akkreditasiya qiymətləndirilməsinə cəlb edilən ali təhsil müəssisələrinin müəllimlərinin ödəniş alması məsələsinə aydınlıq gətirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Bildirilib ki, bəzi media resurslarında Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsinə cəlb edilmiş bir sıra ekspertlərin adları və onlara fəaliyyətləri qarşılığında ödəniləcək xidmət haqqını əks etdirən siyahı dərc edilib: "Yalnız TKTA-nın xəbərdarlığından sonra dəqiqləşdirilməmiş məlumatlar əsasında hazırlanmış sözügedən siyahı jurnalistika etikası prinsiplərinə uyğun olaraq əksər internet səhifələrindən çıxarılıb.

Bildiririk ki, dərc edilən xəbərin başlığı və təqdimat forması peşəkar jurnalistika prinsiplərinə zidd olmaqla yanaşı, ictimaiyyətdə yanlış təsəvvür yaradacaq şəkildə hazırlanıb. Belə ki, siyahıda yalnız ali təhsil müəssisələrinin müəllimləri deyil, həmçinin işəgötürənlərin nümayəndələri və beynəlxalq ekspertlər də yer alır. Bu məlumatların fərdi razılıq olmadan ictimailəşdirilməsi şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyin pozulmasıdır.

Təhsil müəssisələrinin akkreditasiya prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na (bundan sonra Qaydalar) uyğun olaraq həyata keçirilir. Sözügedən Qaydalara əsasən, TKTA tərəfindən təşkil edilən komissiyalar akademik müstəvidə təmsil olunan yerli və xarici mütəxəssislər, həmçinin işəgötürən qismində çıxış edən nümayəndələr, eyni zamanda, təhsilalanlardan təşkil olunur. Təhsilalanlar istisna olmaqla, komissiyanın digər üzvləri Qaydaların 2.9-cu maddəsinə əsasən, ödənişli əsaslarla əməkdaşlığa cəlb edilir. Üzvlər əməkdaşlığa cəlb edilməzdən əvvəl onların adları Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərilir və müvafiq razılıq əldə edildikdən sonra onlarla müqavilələr bağlanılır.

TKTA ilə əməkdaşlığa cəlb edilən ekspertlər qanunvericiliyin tələblərinə uyğun olaraq ödənişli əsasda fəaliyyət göstərirlər. Onların vəzifəsi təhsil müəssisələrinin və ya təhsil proqramlarının dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunu müəyyən etməkdir. Akkreditasiya prosesi illik əsasda təsdiq edilmiş fəaliyyət planına əsasən, müvafiq qrafik üzrə həyata keçirilir və bu işlərin icrası üçün ekspertlərə qanunvericiliklə müəyyən edilmiş məbləğdə xidmət haqqı (vergi və DSMF xərcləri daxil) ödənilir".

Şərhlər

Xəbər lenti

21 oktyabr, 16:52

Məktəblilər arasında qaçış üzrə Muxtar Respublika birinciliyi keçirilib

21 oktyabr, 16:49

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb

21 oktyabr, 16:20

MDU-da Energetiklər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

21 oktyabr, 16:03

Naxçıvanda IX-XI siniflər üçün buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək

21 oktyabr, 15:54

Tədqiqat universitetləri ali məktəblərin bazasında yaradılacaq

21 oktyabr, 15:50

ASA ilə Akdeniz Universiteti arasında ikili diplom proqramı başlayır

21 oktyabr, 15:46

“Alim” adı elmə töhfə qatan şəxslərə veriləcək – Nicat Məmmədli

21 oktyabr, 15:44

Nicat Məmmədli: Gəncləri elm sahəsinə təşviq etmək lazımdır

21 oktyabr, 15:42

LDU-da ideoloji mövzuda konfrans keçirilib

21 oktyabr, 15:40

İlkin mərhələdə ixtisarlar planlaşdırılmır – Nazirin müşaviri

21 oktyabr, 14:13

Qəbələ Peşə Təhsil Mərkəzinin tələbələri “Qarabağ Kuboku”nda uğur qazanıblar

21 oktyabr, 13:58

Optimallaşdırma məsələlərinin həlli müəyyən qədər vaxt aparacaq – Nicat Məmmədli

21 oktyabr, 13:25

Elmə xərclənən pul “ölçülən nəticə”yə necə çevrilə bilər? – Alim mövqeyi

21 oktyabr, 12:42

“Məktəbli Kuboku”na Siyəzəndə start verilib

21 oktyabr, 12:39

İqlim böhranına qarşı hərəkətə keçmək üçün vaxtımız azdır - Kristina Ozdene

21 oktyabr, 12:23

İSESKO rəsmisi: Təhsil islahatları yalnız ümumi prinsiplərə əsaslanmamalıdır

21 oktyabr, 12:18

BMU ilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu əməkdaşlıq edəcək

21 oktyabr, 12:10

Tofiq Əhmədov: Təhsil liderləri təkcə nazirlik və institutlarda yetişdirilməli deyil

21 oktyabr, 12:05

Şehzad Civa: Azərbaycan təhsildə keyfiyyət artımı üzrə irəliləyib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.