Bütün xəbərlər
21 oktyabr, 12:18

Bakı Mühəndislik Universiteti (BMU) ilə Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev və Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev tərəfindən imzalanan sənəd elmi-tədqiqat, tədris və praktik fəaliyyət sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi, tələbələrin təcrübə proqramlarına cəlb olunması, eləcə də müxtəlif maarifləndirmə layihələrinin icrasını nəzərdə tutur. Sənəddə həmçinin beynəlxalq səviyyəli birgə tədqiqatların aparılması, əldə olunacaq mühüm elmi nəticələrin müxtəlif konfrans və elmi simpoziumlarda məruzə edilməsi, nüfuzlu xarici jurnallarda dərc olunması öz əksini tapıb. 

İmzalanma mərasimində rektor Yaqub Piriyev bildirib ki, təməli qoyulan əməkdaşlıq elmi potensialın və tədris imkanlarının daha da genişlənməsinə xidmət edəcək. Son illər BMU-da həyata keçirilən yenilikləri, struktur dəyişikliklərini önə çəkən rektor bu sırada Qida və biotexnologiya kafedrasının yaradılmasını ayrıca vurğulayıb. Bildirib ki, BMU-da iki ildir qəbul aparılan “Biotexnologiya” ixtisası abituriyentlər arasında böyük maraq doğurur və ayrılan plan yeri tam dolmaqla yanaşı, bu sahəyə yüksək bal toplayan tələbələr qəbul olub. “Biotexnologiya” ixtisasının bir çox strateji sahələrdə tətbiqinin böyük əhəmiyyət kəsb etdiyini bildirən Yaqub Piriyev universitetdə bu istiqamətdə tədris prosesinin müasir tələblərə uyğun qurulduğunu, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaların fəaliyyət göstərdiyini vurğulayıb. Eyni zamanda Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu ilə əməkdaşlığın bu işin daha da inkişafında əvəzsiz rol oynayacağını fikirlərinə əlavə edib.

Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev imzalanan sənədin elmi-tədqiqat və tədris sahəsində yeni imkanlar açdığını deyib. Bildirib ki, bu əməkdaşlıq gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına, habelə müasir yanaşmaların formalaşmasına xidmət edəcək. Çağdaş dövrümüzdə biotexnologiya kimi strateji ixtisasların artan önəmindən danışan və bir sıra konkret nümunələr təqdim edən professor, habelə BMU-da Qida və biotexnologiya kafedrasının fəaliyyət göstərməsini, bu sahələr üzrə kadr hazırlığına diqqətin artırılmasını müsbət qiymətləndirib. Qeyd edib ki, institut ilə universitetin birgə fəaliyyəti sayəsində elmi tədqiqatlar, seminarlar və təcrübə proqramlarının həyata keçirilməsi, elm və tədrisin vəhdəti nəticəsində əldə olunacaq nailiyyətlər bütövlükdə ümumi işə mühüm töhfə verəcək.

Daha sonra memorandumdan irəli gələn məsələlər müzakirə olunub.

1 /4

Şərhlər

Xəbər lenti

21 oktyabr, 16:52

Məktəblilər arasında qaçış üzrə Muxtar Respublika birinciliyi keçirilib

21 oktyabr, 16:49

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb

21 oktyabr, 16:20

MDU-da Energetiklər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

21 oktyabr, 16:03

Naxçıvanda IX-XI siniflər üçün buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək

21 oktyabr, 15:54

Tədqiqat universitetləri ali məktəblərin bazasında yaradılacaq

21 oktyabr, 15:50

ASA ilə Akdeniz Universiteti arasında ikili diplom proqramı başlayır

21 oktyabr, 15:46

“Alim” adı elmə töhfə qatan şəxslərə veriləcək – Nicat Məmmədli

21 oktyabr, 15:44

Nicat Məmmədli: Gəncləri elm sahəsinə təşviq etmək lazımdır

21 oktyabr, 15:42

LDU-da ideoloji mövzuda konfrans keçirilib

21 oktyabr, 15:40

İlkin mərhələdə ixtisarlar planlaşdırılmır – Nazirin müşaviri

21 oktyabr, 14:13

Qəbələ Peşə Təhsil Mərkəzinin tələbələri “Qarabağ Kuboku”nda uğur qazanıblar

21 oktyabr, 13:58

Optimallaşdırma məsələlərinin həlli müəyyən qədər vaxt aparacaq – Nicat Məmmədli

21 oktyabr, 13:25

Elmə xərclənən pul “ölçülən nəticə”yə necə çevrilə bilər? – Alim mövqeyi

21 oktyabr, 12:42

“Məktəbli Kuboku”na Siyəzəndə start verilib

21 oktyabr, 12:39

İqlim böhranına qarşı hərəkətə keçmək üçün vaxtımız azdır - Kristina Ozdene

21 oktyabr, 12:23

İSESKO rəsmisi: Təhsil islahatları yalnız ümumi prinsiplərə əsaslanmamalıdır

21 oktyabr, 12:10

Tofiq Əhmədov: Təhsil liderləri təkcə nazirlik və institutlarda yetişdirilməli deyil

21 oktyabr, 12:05

Şehzad Civa: Azərbaycan təhsildə keyfiyyət artımı üzrə irəliləyib

21 oktyabr, 11:53

TKTA akkreditasiyaya cəlb edilən ekspertlərlə bağlı açıqlama verdi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.