
“Elm həmişə fədakar insanları sevib. Elmə gələn insanlar, adətən, böyük pul qazanmaq istəyən şəxslər olmayıblar. Əgər məqsədləri bu olsaydı, başqa sahələrdə çalışardılar. Çünki elm sahəsinə qədəm qoyanda müəyyən müddət ərzində böyük və ciddi gəlirlər əldə etmək mümkün olmur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsil TV-nin “Təhsildəyik” verilişində səsləndirib.
Onun sözlərinə görə, gəncləri elm sahəsinə təşviq etmək lazımdır: “Bu istiqamətdə bizim ciddi problemlərimiz var. Bunun da səbəbi bir çox hallarda mövcud standartların dünyada bu sahədə inkişaf etmiş və bizimlə oxşar gəlir səviyyəsinə malik ölkələrdəki standartlardan xeyli aşağı olmasındır. Bu vəziyyətin müxtəlif səbəbləri var. Əgər gənc anlayarsa ki, elmə gəldikdə hansısa layihədə iştirak edərək oradan qazanc əldə edə bilər, gördüyü işə görə yüksək əməkhaqqı alacaq, bu halda, elmə gəlməkdə daha maraqlı olacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər