Bütün xəbərlər
21 oktyabr, 18:55

Oktyabrın 21-də elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Qarabağ Universitetini ziyarət edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti universitetin yeni tədris korpusunda aparılan tikinti-quruculuq işləri, Qarabağ Universitetinin Klinikası və tələbə yataqxanasında yaradılan şəraitlə tanış olub. Qonaqlara auditoriyalar, laboratoriyalar və kitabxana nümayiş etdirilib, tədris və elmi mühitin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Daha sonra Qarabağ Universitetinin tələbələri ilə görüş keçirilib. Görüşdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev universitetin qısa müddətdə əldə etdiyi uğurlardan, tələbələr üçün yaradılan müasir təhsil imkanlarından və qarşıya qoyulan əsas hədəflərdən danışıb. Nazir vurğulayıb ki, Qarabağ Universiteti regionun intellektual və elmi potensialının inkişafında mühüm rol oynayacaq.

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar çıxışında Azərbaycan və Türkiyə arasında təhsil əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edib, birgə layihələr və Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti barədə məlumat verib. O, həmçinin Qarabağ Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq və akademik mübadilələrin əhəmiyyətini vurğulayıb.

Tədbir Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin ifasında təqdim olunan konsert proqramı ilə yekunlaşıb.

1 /29

Şərhlər

Xəbər lenti

21 oktyabr, 21:15

Qarabağ Universitetində startap və rəqəmsallıq mövzusunda görüş keçirilib

21 oktyabr, 21:07

Qarabağ Universiteti təhsil və innovasiyanın mərkəzinə çevrilir

21 oktyabr, 16:52

Məktəblilər arasında qaçış üzrə Muxtar Respublika birinciliyi keçirilib

21 oktyabr, 16:49

ADNSU-da 7-ci Beynəlxalq Avrasiya Risk Konfransı öz işinə başlayıb

21 oktyabr, 16:20

MDU-da Energetiklər Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib

21 oktyabr, 16:03

Naxçıvanda IX-XI siniflər üçün buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək

21 oktyabr, 15:54

Tədqiqat universitetləri ali məktəblərin bazasında yaradılacaq

21 oktyabr, 15:50

ASA ilə Akdeniz Universiteti arasında ikili diplom proqramı başlayır

21 oktyabr, 15:46

“Alim” adı elmə töhfə qatan şəxslərə veriləcək – Nicat Məmmədli

21 oktyabr, 15:44

Nicat Məmmədli: Gəncləri elm sahəsinə təşviq etmək lazımdır

21 oktyabr, 15:42

LDU-da ideoloji mövzuda konfrans keçirilib

21 oktyabr, 15:40

İlkin mərhələdə ixtisarlar planlaşdırılmır – Nazirin müşaviri

21 oktyabr, 14:13

Qəbələ Peşə Təhsil Mərkəzinin tələbələri “Qarabağ Kuboku”nda uğur qazanıblar

21 oktyabr, 13:58

Optimallaşdırma məsələlərinin həlli müəyyən qədər vaxt aparacaq – Nicat Məmmədli

21 oktyabr, 13:25

Elmə xərclənən pul “ölçülən nəticə”yə necə çevrilə bilər? – Alim mövqeyi

21 oktyabr, 12:42

“Məktəbli Kuboku”na Siyəzəndə start verilib

21 oktyabr, 12:39

İqlim böhranına qarşı hərəkətə keçmək üçün vaxtımız azdır - Kristina Ozdene

21 oktyabr, 12:23

İSESKO rəsmisi: Təhsil islahatları yalnız ümumi prinsiplərə əsaslanmamalıdır

21 oktyabr, 12:18

BMU ilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu əməkdaşlıq edəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.