Bütün xəbərlər
10 oktyabr, 09:56

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 10-11 dekabr 2024-cü il tarixlərində Sumqayıt Dövlət Universitetində (SDU) “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Doktorantların və gənc tədqiqatçıların XXVII (NASCO XXVII)” Respublika elmi konfransı keçiriləcək.

“Azərbaycan müəllimi” xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd doktorantura səviyyəsində təhsilalanların və gənc tədqiqatçıların elmi-tədqiqat fəaliyyətlərinin nəticələrinin ölkədəki elm adamları ilə müzakirəsini təşkil etmək, elmi-tədqiqat yaradıcılıqlarında stimullaşdırıcı imkanları yaratmaqdır.

Konfrans bütün elm sahələrini əhatə edir. Yaşıl enerji, yaşıl iqtisadiyyat, yaşıl bacarıqlar və yaşıl həyat mövzularındakı tezislərə üstünlük veriləcək.

Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura/dissertantura təhsilini bitirmiş müdafiə ərəfəsində olan şəxslər, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər.
   
Tezislərin qəbulu üçün son tarix 10.11.2024, qəbul olunmuş tezislərin elanı üçün 21.11.2024, konfrans proqramının elan olunması üçün 27.11.2024  tarixləri müəyyən olunub. 

Konfransa tezis ilə müraciətlər  nasco27@sdu.edu.az elektron poçt ünvanı vasitəsilə mümkündür. Mövzu yerinə tezisin adı yazılır. Əlavədə tezis və tədqiqatçının məlumatlarını əks etdirən CV yer alır.

Konfransa təqdim olunacaq bütün tezislər qeyd olunan müvafiq yazı qayda və standartlarına uyğun olmalı, uyğunluğu NASCO XXVII əsasnaməsi ilə yoxlanılmalıdır. Əks halda təqdim olunmuş tezislər konfransın elm komitəsi tərəfindən imtina cavabı alacaq. 

Konfransda məruzə ilə çıxış etməyən şəxslərə sertifikat verilməyəcək və onların tezisi çap olunmayacaq.

Konfransla əlaqədar hər hansı sual, təklif, problemlərlə bağlı nasco27@sdu.edu.az elektron poçt ünvanına yazmaq olar.

Xəbər lenti

18 yanvar, 15:30

Təhsil İnstitutu “Müasir metodist” müsabiqəsi elan edir

18 yanvar, 15:24

İmişlidə ağır qəza: iki məktəbli həyatını itirib

18 yanvar, 11:50

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi yekunlaşıb

18 yanvar, 11:47

Yeni təyin olunmuş direktor müavinləri kollektivə təqdim olunub

18 yanvar, 11:01

AzTU-nun Məzun Assosiasiyasının təsis yığıncağı keçirilib

18 yanvar, 10:50

Məktəblilərimiz beynəlxalq olimpiadada 8 medal qazandılar

18 yanvar, 10:20

“İnsan ömürboyu öyrənməlidir” - MƏKTƏBDƏ

18 yanvar, 10:09

Yazıçı Aqşin Yenisey gimnaziyanın qonağı olub

18 yanvar, 09:36

İdmançıların mükafatlandırma mərasimi keçirilib

17 yanvar, 19:23

Bu il əlavə olaraq 500-dən çox metodist işə cəlb olunacaq

17 yanvar, 19:10

Agentlik: Regionlarda metodistlər işdən çıxarılmır, metodiki xidmət yenilənir

17 yanvar, 17:54

ETN yanında İctima Şuranın üzvləri məktəb direktorları ilə görüşüblər – FOTOLAR

17 yanvar, 17:35

Millət vəkilindən məktəblərdə telefon qadağası ilə bağlı AÇIQLAMA

17 yanvar, 17:35

Şirvan-Salyan bölgəsinin 16 şagirdi olimpiadada 2 fənn üzrə uğur qazanıb

17 yanvar, 17:23

Şagirdlər etiraf edirlər ki, telefon olmayanda dərsi daha yaxşı başa düşürlər – Ekspert 

17 yanvar, 17:14

 Xarici dil fənn kurikulumunun müzakirəsi keçirilib

17 yanvar, 17:10

Qlobal istiləşmə 30 milyon insanın həyatına son qoyacaq

17 yanvar, 17:07

Robotlar insan astronavtları əvəz edə bilərmi?  

17 yanvar, 16:54

ADPU-da 20 Yanvar şəhidləri anılıb

17 yanvar, 16:54

Olimpiadanın yarımfinalında - “Özüm hazırlaşmışam” 

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.