Bütün xəbərlər
test
21 sentyabr, 09:00

Qəbələ rayonunun Tüntül kəndində, İmran kişinin ailəsində üç oğlan uşağı böyüyürdü. Adlarını da öz adına yaraşdırmışdı ata: Kamran, Tamerlan, Cavidan. Sadə bir kəndli ailəsi idi bu ailə. Ata fəhləlik edir, ana isə evdarlıqla məşğul olurdu, uşaqları böyüdürdülər. Onlar mal-qara saxlayır, tağ-tərəvəz əkir, bazarda satıb ehtiyaclarını ödəyirdilər. Heç kəsin işinə qarışmazdılar. Bu minvalla evdə üç sağlam, ağıllı oğlan böyüyürdü. Oğlanlar çox mehriban idilər, hamının köməyinə çatar, heç kəsin xətrinə dəyməzdilər.

Biz qohum idik, ortancıl oğlan Tamerlan əlavə dərslər öyrənmək üçün yanıma gələrdi. Mən onda elə o vaxtlardan vətənpərvər ruhunu hiss edirdim. O, çox hərəkətli, hər mənada hazırcavab, anında qərar verən, bir az da zarafatcıl oğlan idi. Sonralar o, komandonun üzvü oldu. Ata, ana övladlarına təhsil vermək üçün mücadilə aparır, bütün gün işləyirdilər. Onları nələrin gözlədiyindən xəbərsiz idilər. Tamerlan hərbi xidməti başa vurduqdan sonra yenidən hərbi işə qayıtmaq istədi və müddətdən artıq hərbi xidmətin hərbi qulluqçusu oldu.

Vaxt-vədə yetişdi, Ali Baş Komandanın əmri gəldi. 30 il əvvəl yarımçıq qalmış işi başa çatdırmalı idik. Oğlanların üçü də müharibədə iştirak etdi. 44 günlük müharibə vaxtı Tamerlandan on gün xəbər çıxmadı. Ata-ana ölüm qoxusunu ilk o vaxtlar almışdılar. Ürəkləri əsim-əsim əsəndə oğuldan zəng gəlməsinin sevincini ancaq yaşayanlar bilər. Onlar da bu sevinci doyunca yaşadılar. Yenə də olacaq hadisələrdən xəbərsiz idilər.

Tamerlanla süfrə arxasında söhbət edirdik. O, keçdikləri çətinliklərdən danışır, qürurla söhbət edirdi. Rəna ana oğluna qulaq asır və tez-tez “can balam” deyirdi. Və birdən o hönkürərək, “mən balalarıma doyunca lay-lay deməmişəm, həmişə onları beşiyə bələyib, iş dalınca qaçmışam. Onlar mızıldanaraq özləri - özlərinə lay-lay deyib, yuxuya gediblər” dedi.

Tamerlan da “indi yuxum gəlir, gedək mənə laylay de, yatım” deyərək gülümsədi və anasının kefini açmağa çalışdı. O yenə söhbətə davam edərək əsgərlərin necə cəsarətlə, qorxmadan irəlilədiklərini danışırdı. Biz onu fərəhlə dinləyirdik.

44 günlük müharibədən sonra Qarabağ meşələrində erməni ünsürlərinin qaldığını və hər an antiterror əməliyyatının başlana biləcəyini bütün əsgərlər kimi Tamerlan da bilirdi. Buna baxmayaraq hərbi xidmətlə bağlı müqaviləsinin vaxtı bitsə də, onu yenidən imzaladı - çəkinmədən, qorxmadan qol çəkdi.

Bayrağa bükülmüş tabut həyətə girənə qədər ananın oğlunun şəhid olmasından xəbəri yox idi. Onu yaralı bilirdi. Bəlkə də həyətə gələn insan axınından bunu hiss etmişdi, lakin qəbul edə bilmirdi… Və nəhayət o gəldi, lakin bu dəfə öz maşını ilə yox, başqa maşınla. Bu dəfə tək yox, bir izdihamla gəldi. Bu dəfə hərbi paltarda, gülərüzlə və zarafatları ilə yox, solğun bənizlə, müqəddəs bildiyi bayrağa bükülü, həm də sakit və səssiz gəldi. Tabutu görən ananın ah-naləsi dağı-daşı lərzəyə gətirdi. Ürək parçalayan bu sözləri isə hamını lal etdi: "Balamı verin, mən ona lay-lay deyəsi idim. Mənim ona lay-lay borcum var”. Bu, sözün bitdiyi an idi.

Şəhidin atası uşaqlar körpə olanda həmişə deyərdi ki, mənim fəhlə olmağıma baxmayın, mənim oğlanlarım tanınmış adamlar olacaq. Bəli, Tamerlan sizi “Şəhid atası” etdi, bunu qorxmadan könüllü etdi,  ali zirvəyə yüksəldi və onu hamı tanıdı.

Tamerlan neçə-neçə günahsız insanın qətlə yetirildiyi Xocalı torpağında antiterror əməliyyatı zamanı şəhid olub. İgid oğullar, bilin ki, qanınızı qarışdırdığınız vətən torpağı artıq bizimdir. Rahat yatın, nə qədər ki, müstəqil Azərbaycan dövləti və Azərbaycan xalqı yaşayacaq, siz də heç vaxt unudulmayacaqsınız.

Şəhidlər bizim baş tacımız və onların məzarları müqəddəs and yerimizdir. Şəhid analarının əllərini ehtiramla öpür, şəhidlərin ruhları qarşısında baş əyirik. Allah rəhmət eləsin!
     
Sara Əzizova

1 /1

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/14%20October%202024/d86853a5-c435-4d5f-a57b-997c50779d93_02e49a49-334c-448e-b639-88e588cb4736.jpg

Xəbər lenti

26 dekabr, 21:10

Yaşıl dünyanın Qarabağ modeli

26 dekabr, 17:18

Təhsilverənlərin sertifikatlaşdırma qaydasına dəyişiklik edildi

26 dekabr, 15:18

AMEA xaricdə ən çox elmi məqalə nəşr etdirən alimlərinin adlarını açıqlayıb

26 dekabr, 14:52

AMEA əməkdaşlarının beynəlxalq elmi bazalarda bu il 59 məqaləsi dərc olunub

26 dekabr, 14:39

Naxçıvan məktəblərində təyyarə qəzasında həlak olanlarla bağlı guşələr yaradılıb

26 dekabr, 14:22

İsmayıllıda peşə təmayüllü siniflərin kollektivi satış yarmarkası keçirdi 

26 dekabr, 13:14

Naxçıvanda müəllimlər üçün dəstək təliminə başlanılıb

26 dekabr, 13:06

LDU imtahan sessiyasına hazırlığını müzakirə edib

26 dekabr, 13:03

Geoloqlar işğaldan azad olunmuş ərazilərdə tədqiqatları davam etdirəcəklər

26 dekabr, 12:31

Yaxın günlərdə hüquqşünas kimi işə başlayacaqdı – Hökümə Əliyevanın atası danışdı

26 dekabr, 12:01

Təyyarə qəzasında həyatını itirən insanların xatirəsi yad edilib

26 dekabr, 09:55

Liseydən təsirli paylaşım: “Biz səmaya baxanda Saşanı xatırlayacağıq…”

25 dekabr, 19:28

Sabah təhsil müəssisələrində tədris ənənəvi qaydada davam edəcək - RƏSMİ

25 dekabr, 17:28

Sumqayıtın hər zaman təhsil ənənələri olub - Rektor

25 dekabr, 17:28

Rüfət Əzizov: Ali təhsilin əmək bazarına uyğunlaşdırılması ilə bağlı görüləcək işlər çoxdur

25 dekabr, 15:48

Azərbaycanda matəm elan olundu

25 dekabr, 14:17

Prezident təyyarə qəzası ilə bağlı başsağlığı verib

25 dekabr, 12:58

Qarabağ Universitetinin tələbələri üçün yeni təqaüd təsis edilə bilər

25 dekabr, 12:33

Paytaxtda 47 mindən çox şagird oxuduğu məktəbi dəyişib

25 dekabr, 12:25

Tanınması həyata keçirilən peşə ixtisaslarının sayı 26-ya çatdırılıb – Agentlik direktoru

Şərhlər (0)

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.